Ankarada “Qarabağda normallaşma dövrü : hüquqi və siyasi dəyərləndirmələr” adlı panel konfransı...

Ötən ilin  -2020 -ci ilin qızıl payızının əvvəllərində başladığımız antiterror əməliyyatları və ya müqəddəs Vətən savaşımızda  yanımızda olan Türkiyə, 1 il keçəndən sonra   44 günlük Zəfərimizi qeyd edir. Bu məqsədlə ölkənin siyasi, təhsil və beynəlxalq dairələrində  Azərbaycanın qazandığı zəfərə həsr olunmuş konfranslar,  şənliklər və yığıncaqlar keçirilir.
Dünən  Ankara İldırım Bəyazid Universiteti (AYBU) Beynəlxalq Münasibətlər   və Starteji Araşdırmalar (ULİSA) İnstitutunda  “Qarabağda normallaşma dövrü : hüquqi və siyasi dəyərləndirmələr” adlı panel konfransı təşkil olunmuşdu.   Konransda Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Azərbaycan Ombudsmanı Səbinə Əliyeva da iştirak edibllər.  Azərbaycanın səfiri R Məmmədov və  Ankara Universitetin (AYBU) rektoru dr. İldırım Aydınlın , Türkiyə İnsan Haqları ve Bərabərhüquqlu Qurumun rəhbəri  professor Müharrəm Kılıç  arasında  keçirilən söhbətində Azərbaycanın bu günü, Türkiyə ilə yeni münasibətlər, Təhsil islahatları ətrafında söhbət etdilər. 
Azərbaycanın səfirinin sözlərinə qüvvət verən  rektor İldırım Aydınlı bu gün Türkiyənin gündəminin Azərbaycan olduğunu söylədi. Və qeyd etdi ki, rəhbərlik etdiyi 11  yaşlı təhsil ocağında  dünyanın bütün ölkələrindən olan tələbələr təhsil alır. Burada təhsil alan azərbaycanlı tələbələr haqqında da məlumat verdi. Professor İldırım Aydınlı 2 milyon kvadrat metr ərazini əhatə edən  universitetin  Həsənboğa hava limanı istiqamətindən açılan giriş qapısı tərəfindən Azərbaycan şəhidləri və qazilərinin adına 3min kvadrat metr  ərazidə meşəlik salmaq istədiklərini, buradakı ağacların hər birinin üstündə Qarabağın azadlığı, 44 günlük müharibədə şəhid olanlar  və Xocalıda həyatını itirənlərin xatirə lövhəsinin yazılacağını bildirdi. 
Azərbaycan diplomatı R.Məmmədov hər bilikli bir tələbənin təkcə Azərbaycanın deyil, türk dünyasının qazancı olduğunu, əldə olunan nəticələrin hamımızın uğuru sayıdlığını söylədi. Və əlavə etdi ki, Ankara Bəyazit İldırım adına  Universitetin ərazisində  salınacaq  meşə massivinin ərsəyə gəlməsində əlindən gələn köməyi əsirgəməyəcək.
Görüşün ikinci hissəsində isə Ankara İldırım Bəyazid Universiteti (AYBU) Beynəlxalq Münasibətlər   və Starteji Araşdırmalar (ULİSA) İnstitutunda  “Qarabağda normallaşma dövrü : hüquqi və siyasi dəyərləndirmələr” adlı panel konfransı öz işini davam etdirdi. AYBU ULİSA rəhbəri doç.dr.İbrahim Dəmir, Azərbaycan Ombudsmanın nümayəndəsi Zaur Vəliməhmədli, İran Araşdırmalar Mərkəzinindən  Kənan Aslanlı, Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasət və Beynəlxalq Münasibətlər bölümünün rəhbəri professor Toğrul İsmayıl iştirak ediblər. Panel müzakirəsinin iştirakçıları Qarabağadakı quruculuq, mövcud vəziyyət, hüquqları  30 il müddətində pozulmuş yurd insanlarının taleyi, bu cinayəti törödənlərin  dünya məhkəmələrində cəzalandırılması məsələləri müzakirə olundu.