
Anti-Rusiya ritorikası: Qərbi və Paşinyanı Ermənistanın gələcək taleyi qətiyyən narahat etmir
10:44 01.03.2024
Aktual
568
“İrəvanda Qərbin diqqətini cəlb etmək üçün anti-Rusiya ritorikasını tətbiq edirlər”.
Bunu erməni politolot Sergey Melkonyan deyib.
O, Ermənistan rəhbərliyinin yeni eskalasiya təhlükəsi fonundakı davranışını təhlükəli adlandırıb.
“Ermənistan hakimiyyəti anti-Rusiya ritorikasını gücləndirir və bununla da Qərbdən daha çox siyasi bonus və təhlükəsizlik zəmanəti almağa ümid edir. Lakin bu hesablama işə yaramaya bilər. Çünki ortada Ukrayna və Baltikyanı ölkələrin nümunəsi var”.
Melkonyan Ermənistan rəhbərliyinin davranışını təhlükəli və dövlətin maraqlarına uyğun olmayan hesab edir.
Melkonyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, Hazırda Ermənistan hakimiyyətinin geri çəkiləcək yeri qalmayıb:
“Ermənistan Rusiya ilə münasibətləri əvvəlki səviyyədə bərpa etməlidir. Amma indi bu qətiyyən mümkün görünmür. Çünki Amerika Birləşmiş Ştatlarının və Qərbin təzyiqinə məruz qala bilər. Yəni rəsmi İrəvan tutulan xətti davam etdirmək məcburiyyətindədir. Ermənistanın məqsədi Rusiyaya qarşı sərt ritorikanı daha da gücləndirərək münasibətləri
kəskinləşdirmək və Qərbdən gələn dəstəyi artırmaqdır. Ancaq bu çox risqli prosesdir”.

Ekspert qeyd edib ki, Amerika və Fransa Ermənistana təhlükəsizlik təminatı vermək imkanında deyil:
“Əgər onların belə bir zəmanət vermək imkanı olsaydı, Ukrayna üçün edərdilər. Ehtimal edilir ki, Paşinyan hakimiyyəti öz gələcək taleyindən narahat olduğuna görə Rusiya ilə əlaqələri gərginləşdirir. Bəzi məlumatlara görə Fransa Ermənistana təhlükəsizlik təminatı verməsə belə, Paşinyan və ailəsinə təhlükəsizlik zəmanəti verir. Ermənistanda Paşinyan hakimiyyətinə real təhlükə yaransa, onu ailəsi ilə birlikdə Fransaya aparmaqla bağlı söz verildiyi güman edilir. Amma bunun hansı səviyyədə yerinə yetiriləcəyi də şübhə doğurur. Hazırda Paşinyan üçün Saakaşvili örnəyi də var. ABŞ, Qərb, Fransa, Avropa Birliyi verdikləri sözü gözlənilən səviyyədə həyata keçirmir. Paşinyan Rusiya ilə münasibətləri korlamaqla öz taleyini xilas etməyi düşünür. Qərb və Paşinyanı Ermənistanın gələcək taleyi qətiyyən narahat etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Özbəkistan dilləri daha da yaxınlaşacaq - Aqil Camal
20:47 25.08.2026
Gündəm
Peskovdan ABŞ-nin MKİ rəhbərinin Moskvaya səfərinə reaksiya
20:46 25.08.2026
Gündəm
Gədəbəy sakini qətlə yetirilib
20:18 25.08.2026
Hadisə
Bakı və Daşkənd vahid güc mərkəzi yaradır - TƏHLİL
19:57 25.08.2026
Gündəm
Məktəblərdə qadın müəllimlərin payı açıqlanıb
19:45 25.08.2026
Elm və Təhsil
Tramp: Hörmüz boğazındakı bütün minalar zərərsizləşdirilib
19:37 25.08.2026
Gündəm
Polad Bülbüloğlu üçüncü dəfə evləndi - FOTO
19:22 25.08.2026
Cəmiyyət
Ermənistanda orduda ölüm halları artır: Ekspert səbəbləri açıqladı
19:19 25.08.2026
Region
Ermənistan hərbçisinin asılmış meyiti tapılıb
18:57 25.08.2026
Region
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm