Türkiyənin Samsun şəhərində 97 yaşlı çətir ustası Dursun Yıldız müştərilərinin israrından sonra yenidən iş başına keçib.
Sherg.az xəbər verir ki, təxminən 70 ildir Bedesten bazarında çalışan Yıldız xəstəliyi səbəbilə bir aydır dükanına gedə bilmirdi.
Müştərilərinin təmir üçün evinə getməsi və bir saat ərzində ondan işə qayıtmasını xahiş etməsi 97 yaşlı ustanı yenidən dükanına gətirib.

Yıldız bildirib ki, peşəsi üçün darıxıb: “İşlər yaxşı gedir. Xəstəliyimə görə bir müddət gələ bilmirdim. İşimi çox darıxmışdım. Bundan sonra çətir təmir edə biləcəyəmmi, bilmirəm, bunu Allah bilər”.
Yerli esnafların sözlərinə görə, Dursun Yıldız Samsunun yeganə çətir təmirçisidir. Onlar 97 yaşlı ustanın söz verdiyi çətiri təmir etmək üçün xüsusi olaraq dükanına gətirildiyini bildiriblər.