“Avropa Birliyi Zəngəzur dəhlizinin reallaşmasını dəstəklədi” - AKTUAL
Yusif Nəzərli
14:38 15.05.2023
Aktual
643
“Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü hesab edirik”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
“İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.
Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik”, - açıqlamada deyilir.
Görüşü “Sherg.az”a dəyərləndirən millət vəkili Sevil Mikayılova söyləyib ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə sayca beşinci olan görüşü normallaşma prosesi üçün daha faydalı hesab edilə bilər:
“30 il davam edən danışıqlar prosesində Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədi və sonda hərbi-siyasi iradə ortaya qoyaraq münaqişəni həll etdi. İkinci Qarabağ müharibəsindən sonra normallaşma prosesində də Azərbaycan kənar müdaxilələrə imkan verməyəcəyini bəyan etmişdi. Növbəti Brüssel görüşündə isə bu, bir daha isbat olundu. Digər tərəfdən ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan 5 əsas prinsip əsasında sülh təklif edib. Lakin xarici qüvvələrin, xüsusilə də Fransanın normallaşma prosesinə pozucu təsiri nəticəsində Azərbaycan-Ermənistan arasındakı Brüssel formatı pozuldu. Yenidən Brüsseldə əvvəlki formata uyğun danışıqların bərpa olunması ilə Azərbaycan eyni zamanda Fransaya da öz siyasi iradəsini göstərdi:
Xanım parlamentari əlavə edib ki, bu gün beynəlxalq birlik tərəfindən də sülhün alternativi olmadığı dərk edilir:
“Yəni Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar yolu dəstəklənilir. Həmçinin görüş zamanı Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyası Avropa Birliyi tərəfindən dəstəklənmiş oldu.
Görüşün yekunları ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatına əsaslanaraq demək olar ki, danışıqların istiqaməti və nəticələri faydalı hesab oluna bilər. Xüsusilə saxlanılan şəxslərin azad edilməsi, kommunikasiya əlaqələrinin bərpa olunması ilə bağlı danışıqlar, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə ikitərəfli görüşləri bərpa etmək barədə razılığın əldə olunmasını uğurlu nəticələr hesab etmək olar.
Düşünürük ki, Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə kənar müdaxilələr olmazsa və Avropa İttifaqı hazırki formatı dəstəkləyərsə, Ermənistan tərəfindən daha qəti addımların atılmasının şahidi ola bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol