Aydın Bəşirov dəfn edildi

Türkiyədə vəfat edən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirilib.

Report xəbər verir ki, o, bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

A.Bəşirovun yas mərasimi Təzəpir məscidində keçiriləcək.

Qeyd edək ki, A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişib.

Xatırladaq ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. O, 1994-cü ilin 19 avqustundan 2013-cü ilin oktyabrın 22-dək Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsini daşıyıb.