Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi açıldı
Yusif Nəzərli
08:01 14.12.2021
Aktual
497
Ermənistanın hərbi-siyasi rəhbərliyi özünün təcavüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribatyönümlü hərəkətləri davam etdirir.
"Sherg.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib.
“Belə ki, bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılıb.
Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
İş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək”, - deyə, məlumatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şahzadə Harri: Orduya qayıda bilərəm
11:47 20.11.2026
Dünya
Tramp: İran məsələsində tələsmirəm
11:27 20.11.2026
Gündəm
Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır
11:11 20.11.2026
Sağlamlıq
Fransa: Əsgərlərimiz zaman-zaman Ukraynada olub
10:59 20.11.2026
Gündəm
“Yuventus” Makkenninin transferinə icazə vermədi
10:56 20.11.2026
Futbol
Rektor qəzaya düşdü, akademik həyat yoldaşı ölüb
10:16 20.11.2026
Hadisə
Tramp tarixi üçtərəfli sammiti dəyərləndirdi: 10 üzərindən 12 bal
10:02 20.11.2026
Dünya
ABŞ Senatından Trampa İrana hücum dəstəyi gəldi
09:58 20.11.2026
Gündəm
Mossad rəhbəri ABŞ-ı İrana zərbələri bərpa etməyə çağırıb
09:57 20.11.2026
Dünya
Agentliyə yeni şöbə müdiri təyin olunub
09:36 20.11.2026
Elm və Təhsil
Bakıda gənc oğlan dostu tərəfindən bıçaqlandı
09:28 20.11.2026
Hadisə
QHT-lər üçün qrant müsabiqələri elan olundu - ŞƏRTLƏR
09:19 20.11.2026
Sosial
Bakının bir sıra yollarında tıxac yaranıb
08:57 20.11.2026
İnfrastruktur
Noyabrın 20-si üç BÜRC üçün xüsusi gün olacaq
08:48 20.11.2026
Sosial
Xərçəngə səbəb olan qidalar - Siyahı yeniləndi
08:20 20.11.2026
Sağlamlıq