Azərbaycan cəmiyyəti Türk birliyini dəstəkləyir
10:13 26.05.2023
Aktual
619
Elnur Eltürk: "Əvvəllər Türk Birliyi ideyası sözdə idi. Bu gün isə birliklə praktiki addımlar atılır"
Azərbaycanda respondentlərin mütləq əksəriyyəti, yəni 83,6%-i türk dövlətlərini özlərinə yaxın hesab edirlər.
Bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.
Nəticələri respondentlərin yaş qrupları üzrə təhlil etdikdə Azərbaycan cəmiyyətində türk ölkələrinə yaxınlıq hissi müxtəlif nəsillər üzrə yüksək qiymətləndirilib.
Həmçinin nəticələrin gender aspektindən təhlili kişilərin və qadınların sözügedən mövqeni bərabər səviyyədə bölüşdüyünü göstərib.
Analoji nəticəni respondentlərin təhsil səviyyəsi üzrə göstəricilərə də şamil etmək olar.
Sorğuya münasibət bildirən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Sherg.az”a bildirib ki, son illər Türk dövlətləri arasında inteqrasiya prosesinin güclənməsi, birliyin daha da möhkəmlənməsinə səbəb olur:
“Azərbaycan insanı ilk gündən Birliyin yaranmasını dəstəkləyib və bunun tarixi ənənəsi var. Ümumiyyətlə Türk Birliyi ideologiyasının əsas ideoloqları Azərbaycandan çıxıb. Əvvəllər Türk Birliyi ideyası sözdə idi. Bu gün isə birliklə praktiki addımlar atılır. Həmçinin dövlət rəhbərləri arasında qarşılıqlı görüşlər və təmaslar artıb. Hətta hansısa hadisə baş verən kimi münasibət bildirilir”.
E.Eltürkün sözlərinə görə, Azərbaycan və Türkiyə arasında əlaqələrin sürətlə inkişafı Türk Birliyini irəli aparır:
“Xüsusilə, Vətən müharibəsində qardaş Türkiyənin yanımızda olması, digər qardaş türk dövlətlərində də güclü inam yaratdı. Bu isə insanlar, cəmiyyətlər arasında birliyə və inteqrasiyaya marağı artırır. Hazırda Türk insanı birliyi dəstəkləyir. Dövlətlər arasında xoş və mehriban münasibətlər ümumi işə böyük fayda verir. Zamanla ortada olan problemlər aradan qalxır. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatları ilə fikir ayrılığının aradan qalxması, ümumi işin xeyrinə gətirib çıxartdı. Digər türk dövlətləri arasında problemlər öz həllini tapmaqdadır. Dövlət arasında əlaqələr nə qədər çox güclü olarsa, insanlar arasında mənəvi-psixoloji üstünlüyü güclənəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm