Azərbaycan hazır olmalıdır! – “Fransa “erməni kartı”ndan istifadə edəcək”
Yusif Nəzərli
12:57 31.01.2023
Aktual
468
“Biz başa düşməliyik ki, hadisələrin mayasında erməni lobbisinin “əli” və Fransanın beynəlxalq arenada nüfuzunun aşağı düşməsi dayanır"
Fransada pensiya islahatlarına qarşı ümummilli tətillər başlayır.Tətillər həmkarlar ittifaqlarının çağırışı ilə baş tutacaq.Qeyd edək ki, ötən həftə ölkənin baş naziri Elizabet Born bəyan etmişdi ki, Fransada 2030-cu ilə qədər pensiya yaşı 62-dən 64-ə qaldırılacaq və hökumət bu məsələ ilə bağlı güzəştə getmək niyyətində deyil.
Əsasən nəqliyyat sektorunun işçiləri, poçtalyonlar, müəllimlər, neft emalı zavodlarının, eləcə də şəhər icra hakimiyyəti orqanlarının işçiləri tətillərə qatılacaqlarını bəyan ediblər.
Məsələni “Sherg.az”a dəyərləndirən millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov vurğulayıb ki,Fransada daxili gərginlik və sosial rifahın aşağı düşməsi yaşandığı üçün, onlar diqqətləri problemlərdən yayındırmağa çalışırlar:
"Diqqəti yayındırmağın ən gözəl üsulu isə Avropadan minlərlə kilometr uzaqlıqda yerləşən və məsələyə heç bir dəxli olmayan Azərbaycana qarşı ağlasığmaz iddialar irəli sürməkdir. Biz gələcəkdə onların daha da kəskin ittihamlarla çıxış edəcəyinə şahid olacağıq. Çünki Fransadakı sosial vəziyyət, islamafobiya, antiazərbaycançılıq, antisemitizm və insanlığa qarşı aparılan siyasətlə birbaşa bağlıdır".
Parlamentarinin sözlərinə görə, dünya Fransanın bəyan etdiyi dəyərlərin heç birini qorumadığını anlamağa başlayıb:
"Fransa dəyərləri ifrat dərəcədə istifadə edərək, onlara qarşı ikrah hissi yaratdı.
Əslində onların demokratiya, insan haqları, qanunun aliliyi və bərabərlikdən danışması, bugünkü reallığı əks etdirmir. Dırnaqarası iqtisadi islahatlar isə, sosial vəziyyətinin ağır olduğuna dəlalət edir.
Ümumiyyətlə, təqaüd yaşının artırılması, Fransadakı iqtisadi problemlərlə bağlıdır. Etirazların isə davam edəcəyini, hətta daha da şiddətlənəcəyini düşünürəm.
Məsələ ciddiləşdikcə, millətinə cavab verə bilməyən Fransa əlini başqa məsələlərə atmağa başlayacaq. Yəni insanların fikirlərini yayındırmaq üçün “erməni kartı”ndan istifadə olunacaq. Azərbaycan bütün bunlara hazır olmalıdır. Biz başa düşməliyik ki, hadisələrin daxilində erməni lobbisinin “əli” və Fransanın beynəlxalq arenada nüfuzunun aşağı düşməsi dayanır".
Oxşar xəbərlər
Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı
14:22 03.07.2026
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Xəbər lenti
Hamısına bax
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya