Azərbaycan hər il hərbi xərclərini artıracaq
02:39 12.08.2021
Aktual
537
Bu prioritetin inkişafını qidalandıran bir neçə səbəb var
Cari il ərzində Azərbaycanın müdafiə və milli təhlükəsizlik üzrə xərcləri yüksək olub. Rəsmi məlumata əsasən, hərbi xərclər yanvar-iyun ayları ərzində ötən ilə nisbətdə 1 milyard 76 milyon 300 min manat artaraq, 2 milyard 533 milyon 400 min manat icra edilib. Bu barədə dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatda bildirilib.
Siyasi yazar, jurnalist Aqşin Kərimov "Şərq"ə il ərzində hərbi xərclərin çoxalmasının səbəblərini açıqlayıb. Ekspert hərbi xərclərin artmasının bir neçə məsələdən qaynaqlandığını vurğulayıb:
"Azərbaycanın Qarabağı Ermənistanın işğalından azad etməsindən sonra yaranan yeni geosiyasi reallıq Bakı üçün yeni hərbi prioritetləri müəyyənləşdirib. Ermənistanla sərhədlərin delimitasiyası, yeni hərbi avadanlıqların tədarükü hərbi xərclərin artmasına gətirib çıxaran amillərdəndir. Digər tərəfdən, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir.
Azərbaycanın Ermənistan üzərində zəfər çalması bu istiqamətdə görüləcək tədbirlərin miqyasının genişləndirilməsini şərtləndirir. Buna görə də işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin açılması zəruridir və bu istiqamətdə işlər davam etdirilir.
Postmüharibə dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, Xocalı, Ağdam, Laçın və Kəlbəcərdə hərbi hissələr açılıb ki, bu da əlavə xərclər deməkdir. Bu ilin dövlət büdcəsinin altı ayı üzrə hərbi xərclərin proqnoza qarşı artıq icra edilməsinin bir səbəbi də budur".
A.Kərimovun fikrincə, bundan sonra da Azərbaycan hərbi xərclərini çoxaldacaq:
"Azərbaycan bundan sonra da müdafiə və milli təhlükəsizlik üzrə xərclərini artıracaq. Bu prioritetin inkişafını qidalandıran bir neçə səbəb var. Birincisi, Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu mövqeyi ara-sıra revanşist bəyanatlara çevrilir.
İkincisi, sərhəd qaçaqmalçılığına qarşı mübarizə tədbirləri gücləndirilir, bu isə sərhəd xidmətinin işinin təkmilləşdirilməsini zərurətə çevirir.
Üçüncüsü, ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq
Tramp son zərbəyə hazırlaşır - İranla yeni müharibə planı açıqlandı
10:41 01.05.2026
Dünya
TƏBİB-in icraçı direktoruna yeni müavin təyin edilib
10:21 01.05.2026
Aktual