
Azərbaycan ifşa etdi:"Rusiya silah trafikindəki izləri itirmək istəyir"
Yusif Nəzərli
13:12 29.04.2022
Aktual
742
Aqşin Kərimov:“Prezidentin mesajının mayasında Ermənistanı silahla “qidalandırmağın” qarşısının alınması dayanır”
“Azərbaycan post münaqişə reallığında Ermənistan üzərində nəzarətini əhəmiyyətli dərəcədə artırıb və heç nə gözdən yayınmır”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxış edib. Prezident tədbir zamanı bəzi mühüm məqamlara toxunub. Ölkə başçısı bəyan edib ki, 44 günlük Vətən müharibəsi dövründə yük təyyarələri vasitəsilə Rusiyadan Ermənistana müntəzəm formada silahlar daşınıb:"Biz bu marşrutu izlədik – Rostovdan və Mozdokdan gəlirdi:
“Gürcüstanlı dostlarımıza dedik ki, onlar hava məkanını bağlasınlar və bunu gerçəkləşdirdilər. Eyni zamanda Rusiyadan Ermənistana Gürcüstanın quru ərazisindən silah daşınmasının qarşısını almaqlarını söylədik. Onlar quru yolunu da bağladı. Biz Xəzəryanı dövlətlərə məktub göndərdik ki, onlar Rusiya yük təyyarələrinin öz ərazilərindən Ermənistana silah daşınmasına icazə verməsinlər.
Durum haqda Qazaxıstan, Türkmənistan və İrana müraciət yollamışdıq. Lakin təəssüf, həmin ərazilərdən silah daşınması üçün istifadə edildi və o silahlar Ermənistana daxil oldu”.

Vəziyyəti “Sherg.az”a şərh edən siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Azərbaycan hələ 44 günlük Vətən müharibəsi başlamazdan öncə Ermənistana silah daşınması marşrutunu çox diqqətlə izləyirdi:
"Müharibə zamanı texniki-kəşfiyyat imkanları daha da genişləndirilərək Ermənistana “uçan quş” da izləməyə götürüldü. Silah trafikində izləri itirmək üçün Rusiya səylər göstərsə də, başqa ölkələrin ərazisindən yararlansa da, nəticədə Azərbaycan bunu ifşa etdi.
Prezidentin mesajının mayasında gələcəkdə də Ermənistanı silahla qidalandırmağın qarşısının alınması dayanır. Azərbaycan post münaqişə reallığında Ermənistan üzərində nəzarətini əhəmiyyətli dərəcədə artırıb və heç nə gözdən yayınmır.
Vizual müşahidələr, texnoloji imkanlar, strateji nöqtələrdəki mövqelərimiz Ermənistanı mühasirəyə alır. İrəvana hər hansı daşınma barədə dərhal operativ məruzələr edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm