Azərbaycan müstəqil ölkədir və inkişaf yolundadır
Yusif Nəzərli
09:26 16.05.2023
Aktual
436
Ona görə də ərəb ölkələri Azərbaycanla əlaqələrin inkişafında daha çox maraqlıdır
Prezident İlham Əliyev Ərəb Parlamentinin Prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib. Dövlət başçısı Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişaf etdiyini, özünün ərəb ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərinin və qarşılıqlı səfərlərin bunun əyani sübutu olduğunu deyib. Ölkə rəhbəri ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirib. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının önəmini qeyd edib. Prezident 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı mədəni soyqırım törətdiklərini bildirərək, həmin ərazilərdə onların islam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırıb. Prezident həmçinin ölkəmizin islam həmrəyliyini hər zaman dəstəklədiyini bildirib. Bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd edib. Dövlət başçısı Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırladıb. Ölkəmizin Avropada islamafobiya meyillərinin artmasından narahatlığını ifadə edib. Görüşdə Azərbaycanla islam və ərəb dövlətləri arasında iqtisadiyyat, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Əməkdaşlığın birgə səylərlə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Ərəb Parlamentinin Azərbaycana qardaş ölkə kimi münasibət bəslədiyini bildirən qonaq Fələstin problemi ilə bağlı göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib. Dövlət başçısının Ulu Öndərin layiqli davamçısı olduğunu məmnunluqla qeyd edən qonaq Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri vurğulayıb. O, Azərbaycanın islam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən və bu dəyərlərin hökm sürdüyü bir ölkə olduğunu deyib.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə açıqlamasında deyib ki, ərəb ölkələri ilə Azərbaycanın münasibətləri hər zaman normal olub. Analitik qeyd edib ki, əlaqələrin inkişafı bizim üçün maraqlı olmalıdır: "Əlaqələrimizin qənaətbəxş olmamasının, bəzi ərəb ölkələrinin Ermənistan tərəfində durmasının bir neçə səbəbi var. İlk səbəb odur ki, burada təbliğatın rolu böyükdür. Azərbaycan həqiqətlərini istədiyimiz kimi ərəb cəmiyyətlərinə çatdıra bilməmişik. Bəzi ərəb ölkələrinin Ermənistanla sıx əlaqəsi sovet dövrünün təsirindən qalma məsələdir. Sovet dövründə Fələstin, Livan və Suriya ərazisində yaradılan təşkilatlara və oradakı erməni dəstələrinə maliyyə dəstəyi göstərilib. Bu, müəyyən maraqlar naminə həyata keçirilib və nəticədə ərəb ölkələrinin bəziləri ilə ermənilərin əlaqələrinin təməli qoyulub. Ancaq indi durum başqadır. Azərbaycan müstəqil ölkədir və inkişaf yolundadır. Ona görə də ərəb ölkələri Azərbaycanla əlaqələrin inkişafında daha çox maraqlıdır. Ümid edirəm, bu əlaqələr daha intensiv hal alacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir
07:51 24.08.2026
Dünya
Çin Ayın ən soyuq yerlərindən birində buz axtaracaq
07:17 24.08.2026
Maraqlı
Premyeraya iti ilə qatıldı
06:00 24.08.2026
Şou
Ürəyiniz üçün portağal yeyin
05:15 24.08.2026
Sağlamlıq
Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib
04:34 24.08.2026
Dünya
Tramp amerikalıları bahalaşma ilə bağlı xəbərdar edib
03:50 24.08.2026
Son dəqiqə
“Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
01:48 24.08.2026
Futbol
Prezidentlər mətbuata bəyanatla çıxış etdilər
01:25 24.08.2026
Rəsmi
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol