Azərbaycan nəqliyyat layihələrinin icrasına maraqlıdır
Yusif Nəzərli
05:07 16.05.2023
Aktual
374
"Həm Türkmənistan, həm də Tacikistan Xəzər üzərindən Avropaya Azərbaycan vasitəsi ilə çıxa bilər”
"Nəqliyyat yolları Avrasiya bölgəsini şəkilləndirir. Ölkələr nəqliyyat layihələrində iştiraka iddialıdırlar. Çünki bununla həmin ölkələrin strateji əhəmiyyəti və gəlirləri artır". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Avrasiyada nəqliyyat şəbəklərinin mütləq əksəriyyəti Çindən başlanır və ya başlanacaq: "Azərbaycan da “İpək yolu”nun üzərindədir. Zəngəzur dəhlizinin əhəmiyyəti də bundadır. Nəqliyyat yollarıyla bağlı Mərkəzi Asiya ölkələrinin liderləri arasında dialoq genişlənib.
Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun bu günlərdə Tacikistana səfəri və tacik həmkarı İmaməli Rəhmanla danışıqları nəqliyyat mövzularıyla bağlı idi. Aşqabad Düşənbəyə Türkmənistanın Xəzər dənizindəki limanlarına çıxmaq təklifini verib. Türkmənistan Tacikistanla yeni nəqliyyat koridoru da yaratmaq istəyir. Dövlət başçıları Düşənbədə 23 sənədə imza atıblar. Liderlər Asiya, Avropa və Yaxın Şərqi birləşdirəcək ortaq infrasturkturun yaradılmasının vacib olduğunu bildirilər. Bu o deməkdir ki, Türkmənistan və Tacikistan 3 qitəni birləşdirəcək nəqliyyat yollarının öz ərazilərindən keçməsinə ümidlidirlər. Onlar buna görə də əvvəlcə iki ölkə arasında ortaq infrasturkturları formalaşdırmağa çalışırlar. Türkmənistanın və Tacikistanın okeanlara birbaşa çıxışı olmadığından hər iki dövlət Xəzər dənizinin imkanlarından istifadə edəcəklər. Bu mənada Türkmənbaşı limanının əhəmiyyəti artıb".
Ekspertə görə, Azərbaycan da Türkmənistanla Tacikistan arasında nəqliyyat laiyhələrinin icrasına maraq göstərir: "Həm Türkmənistan, həm də Tacikistan Xəzər üzərindən Avropaya Azərbaycan üzərindən çıxa bilərlər. Bu iki dövlət məhsullarını Bakı-Tbilisi-Qars dəmiryolu ilə çatdıra bilərlər.
Azərbaycanın həm Türkmənistan, həm də Tacikistanla sıx münasibətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət əvvəl Tacikistana rəsmi səfəri zamanı ortaq layihələr müzakirə olunmuşdu. Türkmənistanın Tacikistanla əlaqələri genişləndirməkdə başqa marağı da var.
Türkmənistandan Çinə uzanacaq qaz boru xətti Tacikistandan keçəcək. Türkmənistan bu boru xətti ilə Çinə ildə 25-30 milyard kubmetr qaz nəql etməyi planlaşdırır. Ancaq bu planın reallaşmasında problemlər mövcuddur. Boru xətti Tacikistanın dağ ərazilərindən keçməlidir. Çinin “CNPC” neft-qaz şirkəti 2014-cü ildə Tacikistan şirkəti ilə birgə müəssisənin yaradılmasıyla bağlı saziş imzalayıb. Ortaq şirkət Tacikistan ərazisində tikinti işlərini aparmalıdır. Şirkət uzunluğu 63 kilometr olan 42 dağ tuneli inşa etməliydi. Şirkət indiyənə qədər yalnız bir tunel inşa edib, işlər ləng gedir. Bu durum Çini və Türkmənistanı narahat edir.
Ona görə həm Aşqabad, həm də Pekin Tacikistanı tələsdirməyə çalışırlar. Bu mövzu mayın 17 və 18-də işə başlayacaq “Çin-Mərkəzi Asiya” liderlərinin sammitində də müzakirə olunacaq. Çində keçiriləcək sammitdə Pekinin Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsinə xüsusi diqqət ayrılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə