
Azərbaycan Türkiyə ilə addımlar atır: Ermənistanın törətdiyi təhdid...
Yusif Nəzərli
14:37 13.09.2023
Aktual
525
Rusiya problemli məsələlərlə bağlı narahatlığını birbaşa Türkiyəyə çatdırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Bakı ilə Ankara arasında fəal hərbi və hərbi-texniki əməkdaşlığı şərh edərkən deyib.
“Problemli məsələlərlə bağlı bütün narahatlığımızı suallar olan tərəfə çatdırırıq. Xüsusilə, siz indi Türkiyə haqqında danışdınız, biz bu məsələləri birbaşa onlarla müzakirə edirik. Bu, Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də aiddir”, - Zaxarova bildirib.
Həmçinin Zaxarova Ermənistan ərazisində "Vaqner" ÖHŞ ( Özəl Hərbi Təşkilat) olmağı fikirlərinin yalandan ibarət olduğunu vurğulayıb.
M. Zaxarovanın fikirlərini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan ilə Türkiyə iki dövlət bir millətdir:
"İkinci Qarabağ savaşından sonra münasibətlər hərbi müttəfiqlik xarakteri daşıyır. Yəni, Azərbaycan ilə Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığını genişləndirir. Bu isə bizim suveren hüququmuzdur. Tarixi köklərimiz, dostluğumuz, qardaşlığımız və xarici düşmənlər bizi buna vadar edir. Azərbaycan öz təhlükəsizliyini qorumaq məqsədilə Türkiyə ilə müvafiq addımlar atır.

Ermənistan tərəfindən təhlükəsizliyə təhdid törədilir və revanşist ideologiya baş qaldırır. Ona görə də biz müvafiq tədbirləri həyata keçirmək məcburiyyətindəyik. Lakin bununla yanaşı Qarabağ iqtisadi rayonu ətrafında cərəyan edən qondarma prezident seçkilərinin keçirilməsi, sistematik olaraq mövqeylərimizin atəşkəsə tutulması və fərtifikasiya qurğularınının quraşdırılmasına cəhdlər regionda gərginliyin artmasına səbəb olur. Azərbaycan qüdrətli orduya sahibdir və sistemli şəkildə təkmilləşdirilməsi aparılır.
Ermənistanda "Vaqner" qruplarının olması isə fikir olaraq qalmaqdadır. Bu erməni tərəfinin qabaqlayıcı siyasi fəndi ola bilər. "Vaqner" qruplaşmasının müəyyən qanadı Ermənistana sıza bilər. Lakin bu dəqiq faktlar ilə öz təsdiqini tapmalıdır. Rəsmi İrəvan öz iqtidarını qorumaq üçün müxtəlif vasitələrə əl atır. Burada siyasi manipulyasiya halları da geniş vüsət alır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media