Azərbaycan və Almaniya nümayəndələrinin işçi görüşü keçirilib - FOTO
Yusif Nəzərli
09:53 26.05.2023
Aktual
287
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında “Əməkdaşlıq danışıqları” tədbirləri çərçivəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bu ölkənin Strateji Kommunikasiya Məsələləri üzrə bir qrup zabiti ilə işçi görüş keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının icrası ilə bağlı yaradılmış işçi qrupunun iştirakı ilə keçirilən görüşdə almaniyalı nümayəndələrə nazirliyin kommunikasiya sahəsində fəaliyyəti, o cümlədən 44 günlük Vətən müharibəsində informasiya və psixoloji əməliyyatlara qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.
Qonaqlar Strateji Kommunikasiya, o cümlədən ictimaiyyətlə əlaqələr işinin təşkili və digər mövzulara dair brifinqlər təqdim ediblər.
Görüşdə kommunikasiya sahəsində təcrübə mübadiləsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin mətbu orqanlarında, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də, "İctimai Televiziya və Radio Yayımları" Şirkətində və Bakı Media Mərkəzində olublar. Qonaqlara burada hərbi vətənpərvərlik sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region