Azərbaycanda ABŞ istehsalı olan dopler radarlar quraşdırılacaq
17:55 25.12.2019
Aktual
432
Dövlət investisiyaları çərçivəsində ölkəyə hava proqnozlarını daha dəqiq təqdim etməyə imkan verən, ABŞ istehsalı olan iki dopler radarı gətirilib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda radarların quraşdırılması işləri aparılır. "Bir radar Şamaxıda, digəri Göygöl ərazisində yerləşdiriləcək. Gələn ilin birinci rübündə artıq bu yeni avadanlığın istifadəyə verilməsi nəzərdə tutulur. Avadanlıqlar istifadəyə verilməmişdən əvvəl onlarla işləyən mütəxəssislər üçün bir aylıq təlimlər keçiriləcək. Bu radarlar vasitəsilə hava haqqında məlumatlar gün ərzində daha tez-tez yenilənəcək, məlumatlar daha operativ olacaq".
Departament direktoru qeyd edib ki, radarların radiusu kifayət qədər genişdir: "Daha sonra dövlət investisiyası çərçivəsində Şəkidə quraşdırılması üçün yeni bir radar alınacaq. Bu radarlar qonşu ölkələrdən Azərbaycana daxil olan hava kütlələrini daha aydın izləməyə və operativ məlumat hazırlamağa imkan verəcək. Radarların quraşdırıldığı ərazilər seçilərkən bu amil də nəzərə alınıb".
U.Tağıyevanın sözlərinə görə, radarların alınması prosesi 2023-cü ilədək davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm