Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
14:56 28.05.2025
Aktual
426
Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib.
Velosiped İdmanı Federasiyasından Sherg.az-a verilən məlumata görə, tədbirdə iştirak edən 300-dən artıq velosipedçi və paravelosipedçilər Azərbaycan Respublikasının üçrəngli bayraqlarını daşıyan “Zəfər Yolu” motosikletçilər qrupunun müşayiəti ilə Veloparkdan start götürməklə Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövlət Bayrağı Meydanı marşrutu üzrə hərəkət ediblər. Tədbirin sonunda veloyürüşün fəal iştirakçılarına sertifikatlar təqdim edilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, hazırda federasiyanın qarşısında duran əsas məqsəd velosipedin idman növü kimi inkişaf etdirilməsi ilə yanaşı, ondan bir nəqliyyat vasitəsi kimi də geniş istifadə olunmasına dəstək verməkdir. Onun sözlərinə görə, bunun üçün ölkəmizdə bütün lazımi infrastruktur mövcuddur və bu cür tədbirlər əhali arasında təbliğat işlərinə böyük töhfə verir.
Qurum nümayəndəsi əlavə edib ki, hazırda Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni seçilmiş rəhbərliyi dünya velosiped aləmində böyük rəğbət qazanmış “Tour d’Azerbaidjan” yarışının Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvimində bərpa olunması üçün danışıqlar aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media