Bakıda və rayonlarda oğurluq edənlər tutuldular
17:38 25.11.2019
Aktual
510
Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Binəqədi qəsəbəsi ərazisindəki evlərin birindən 350 manat və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Astara rayon sakini S.Əsədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları oktyabrın 30-da rayon ərazisindəki evlərin birindən 200 manat oğurlamaqda şübhəli bilinən Yuxarı Aran kənd sakini C.Quliyevi və 1 yeniyetməni tutublar.
Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki 1 evdən 2400 manat və 1 evdən isə planşet oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Musazadə saxlayıblar.
Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 7-ci mikrorayon ərazisindəki 1 marketdən və M.Ə.Rəsulzadə qəsəbəsindəki 1 mağazadan ümumilikdə 3080 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri A.Qəhrəmanzadə, O.Bayramov və E.Həsənov saxlanılıblar.
Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisində “VAZ-2107” markalı avtomobilin təkərlərini, arxa şüşəsini və maqnitofonunu sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağazadə saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya