
Bakının hərbi əməkdaşlıq siyasəti şəffafdır -AÇIQLAMA
Bakının hərbi əməkdaşlıq siyasəti şəffafdır -AÇIQLAMA
08:55 13.08.2024
Aktual
529
Azərbaycanı dezinformasiyalarla qaralamaq mümkün deyil
Azərbaycanı hədəfə gətirmək istəyən şər qüvvələr daim tətikdədir. “İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi” barədə yayılan dezinformasiyalar da həmin şər qüvvələrin məkrli niyyətlərinin təzahürüdür. Məlum olduğu kimi, “İran İnternational”, “The Telegraph” və “Kan” agentliyi kimi dezinformasiyaya meyilli KİV-lər və bəzi yutub-“ekspert”lər guya İsrail rəhbərliyinin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə feyk-xəbər yayıblar. Şübhəsiz ki, bu açıq-aşkar dezinformasiyadır.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, bu cür təxribatçı informasiya manipulyasiyasını həyata keçirən qüvvələrin məqsədi İran və İsrail arasındakı müharibə ehtimalı ərəfəsində Azərbaycanı hədəf göstərib diqqətləri ölkəmizə yönləndirməkdir. Ekspertin sözlərinə görə, bununla da İran-Azərbaycan münasibətlərində növbəti gərginlik dalğasına nail olmaqdır:

"Lakin bu cür sərsəm dezinformasiyanı yayanlar əslində özləri də yaxşı bilirlər ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil. Ermənistandan fərqli olaraq Azərbaycan ayrı-ayrı dövlətlərlə hərbi sahədə əməkdaşlığı kifayət qədər açıq şəkildə aparır. Rəsmi Bakının hərbi əməkdaşlıq siyasəti şəffafdır. Ona görə də Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingentinin mövcud olmadığını istənilən yerli və ya xarici media resursu birbaşa monitorinq aparıb təsdiqləyə bilər. Biz Ermənistan kimi qaçaqmalçı, saxtakar ölkə deyilik ki, peşəkar xarici hərbçiləri və jandarmları “mülki müşahidəçi” adı altında kamuflyaj edək və öz ərazilərimizdə yerləşdirək. Söhbət Ermənistanda yerləşdirilən Avropa İttifaqının (Aİ) və Kanadanın hərbçilərinin, polislərinin Aİ-nin Mülki Müşahidə Missiyasının üzvləri kimi təqdim edilməsindən gedir".
Siyasi şərhçi qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan bu cür kirli oyunlarla məşğul olmur:
"Ona görə də erməni lobbisinin və Qərbin anti-Azərbaycan qüvvələrinin ölkəmizlə bağlı yalan məlumatlar yayıb informasiya manipulyasiyalarına yol vermələri sadəcə ikrah doğurur. Bu qüvvələrin maraqlarına xidmət edən “İran İnternational”, “The Telegraph” kimi media-resurslar isə bu cür yalan məlumatları yaymaqla özləri haqqında feyk-xəbər mediası imicini formalaşdırırlar. Onların dezinformasiyalarına heç kim inanmır. Azərbaycanı dezinformasiyalarla qaralamaq mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm