Baş nazir icbari tibbi sığorta ilə bağlı müşavirə keçirdi
14:08 29.12.2019
Aktual
409
2020-ci il yanvarın 1-dən etibarən ölkəmizdə mərhələli şəkildə yeni icbari tibbi sığorta sisteminin tətbiqi həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu sahədə indiyə qədər görülən işlər və gələn ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə müşavirə keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildən başlayaraq icbari tibbi sığorta sahəsində bir sıra vacib fərman və sərəncamlar imzalayıb. Müşavirədə çıxış edən Baş Nazir Əli Əsədov deyib ki, 2017-ci ildən etibarən isə ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində tətbiqinə başlanılıb. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığorta çərçivəsində 370 min nəfərə yaxın sığortaolunan baza zərfi əsasında ödənişsiz tibbi xidmətlərlə təmin edilib. Bir çox ölkələrin səhiyyə sistemində geniş şəkildə tətbiq edilən icbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi qərar dövlət siyasətinin mərkəzində insan amilinin durduğunu bir daha sübut etdi. 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək qanuna əsasən əhalinin sığortalanmasına dövlət tərəfindən adambaşına 90 manat olmaqla 900 milyon manat vəsait ayrılacaq. Bu, dövlət tərəfindən aparılan sosialyönümlü islahatın və əhaliyə göstərilən qayğının bariz nümunəsidir.
Bildirilib ki, icbari tibbi sığorta pensiyaçılar, aztəminatlı təbəqələr və 18 yaşınadək şəxslər də daxil olmaqla 4,4 milyon vətəndaşı əhatə edəcək. İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə baş tutacaq. Belə ki, yanvarın 1-dən Naxçıvan MR-in ərazisində və 23 regionda, aprelin 1-dən 20 regionda, iyulun 1-dən 15 regionda və oktyabrın 1-dən isə Bakı, Sumqayıt, Abşeronda tətbiq olunacaq.
Beləliklə, 2020-ci ilin sonuna qədər Azərbaycanın bütün bölgələrində əhali icbari tibbi sığorta sisteminə qoşulacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm