"Belə şəxsi qərəz heç bir ədalətli adama yaraşmır" - Şahbaz Xuduoğlu Mehman Hüseynovdan yazdı
11:12 18.02.2020
Aktual
728
"Qalmaqallı 31-ci seçki dairəsindən olan namizədlər arasında əvvəlcədən Etibar Əliyevin seçilməsini arzu etmişəm. Ümumiyyətlə, ölkə üzrə müdafiə etdiyim namizədlərdən onun adı ilk sıralarda olub. Kitaba, təhsilə önəm verən insan olduğu üçün. Həyatını cəmiyyəti ən az narahat edən, amma millətimizə çox vacib olan məsələyə həsr edib; təhsillə bağlı kitab yazıb, tərcümələr edib. Yazdığı hər bir fikir neçə-neçə kitabın məhsuludur - İnsanları düşündürür, onların beynini açır".
Bu sözləri "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu özünün feysbuk səhifəsində yazıb. O da daha sonra qeyd edir:
- Mehman Hüseynov cəsarəti ilə o dairənin və ümumən əksəriyyətin favoritinə çevrilib. Bloqer olaraq işini yaxşı görür, həyatını risk altına atıb, oliqarxları ifşa edir, əlləri heç nəyə çatmayan insanların problemlərini göstərir.
Doğrusu, mənə elə gəlirdi ki, Etibarın keçməsi, əslində, həm də Mehmanın qələbəsidir. Çünki əminəm ki, Etibar da elə hesab edərdi.
Mehman Hüseynov seçkinin nəticələrinə haqlı olaraq etiraz edir. Amma bu etiraz nədənsə MSK-ya deyil, Etibar Əliyevə yönəlib.
Belə şəxsi qərəz heç bir ədalətli adama yaraşmır, ona haqq qazandırmır.
KİV-də çalışanlar ictimaiyyət qarşısında məsuliyyət daşıyırlar. Şəxsi marağa xidmətdə, bu məsələyə, çox ehtiyatlı və həssaslıqla yanaşmaq lazımdır.
Bu, haqsız rəqabətdir.
Ölkənin ən ziyalı adamlarından biri Etibar Əliyev, necə deyərlər, öz abrına qısılıb və Mehman Hüseynovun təhdidi ilə üz-üzə qalıb.
Mehman inandığım və həmişə dəstəklədiyim gəncdir. Yaranmış mənzərə mənim inamımın sərhədlərini aşır. Təəssüflənmək yox, inanmaq istəyirəm ki, tez bir zamanda ortaq dəyərlər yada düşəcək.
Ronald Krist 1967- ci ildə Borxeslə müsahibə edərkən (“The Paris Review - müsahibələri” kitabında ) maraqlı bir müşahidəsini yazır. “Borxes çox zaman utancaq, ürəksiz, içinə qapalıdır... özü haqqında verilən suallara cavab verərkən başqa yazıçılar barədə danışır, onların sözlərini, kitablarını öz düşüncələrinin simvoluna çevirir”.
İndiki məqamda Etibar da özünü müdafiə edə biləcəyi zəif qəhrəman kimi görünür. Və təbii ki, bu məqam bütün ziyalıların ortaq cəhətidir".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region