Möhsün Rzayi: ABŞ-nin İranın hüquq və tələblərinə cavabı inandırıcı deyildi

ABŞ Tehranın yeddi şərtini tam yerinə yetirməyincə, İran Hörmüz boğazını açmayacaq.

Teleqraf xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

X sosial şəbəkəsində paylaşım edən Rezai qeyd edib ki, Vaşinqton İranın yeddi şərtinin hamısına hərtərəfli və birmənalı cavab verməli və onları yerinə yetirməlidir.

"ABŞ-ın İranın hüquqları və tələbləri ilə bağlı cavabı inandırıcı deyildi", - deyə o yazıb.

Rezai vurğulayıb ki, Hörmüz boğazının açılması yalnız Tehranın irəli sürdüyü tələblər tam yerinə yetirildikdən sonra mümkündür