Beynəlxalq təşkilat, yoxsa “dişsiz mexanizm”? - Erməni vandallığına baxır, amma “görmür”
Yusif Nəzərli
15:09 07.12.2022
Aktual
559
“Çox təəssüf ki, beynəlxalq təşkilatlar bugünədək Ermənistanın vəhşi davranışları, faşizm xislətli, beynəlxalq hüquqa, insanlığa zidd hərəkətlərinə bir dəfə də olsun, reaksiya verməyiblər”
"Ombudsman Səbinə Əliyevanın ermənilərin Zəngilan ərazisindəki qəbirlərimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətini müsbət dəyərləndirirəm".
Bunu "Sherg.az"a hüquq müdafiəçisi Çingiz Qənizadə deyib. O hesab edir ki, həm Ombudsman aparatının rəhbəri, həm də Azərbaycan vətəndaşı kimi Səbinə xanım bunu etməli idi:
"Amma beynəlxalq təşkilatlar məsələyə reaksiya verəcəklərmi?! Bu, tamamilə başqa mövzudur. Beynəlxalq qurumların erməni vandalizminə qarşı zəruri tədbirlər görəcəyi arzuolunandır, lakin inandırıcı deyil. Çünki qəbirlərimizi dağıdan düşmən hələ bundan öncə mülki əhalimizi, azərbaycanlıları güllələyib, kütləvi məzarlıqlarda basdırıblar. Azərbaycan xalqının milli-mənəvi, tarixi, dini abidələri məhv edilib. 67 məsciddən 65-i dağıdılıb. Ümumiyyətlə, Ermənistan işğal dövründə yeraltı və yerüstü sərvətlərimizi istismar etməklə bərabər, xalqımıza məxsus dəyərlərin izini silməklə məşğul olub. Bu, vandallıq, soyqırımı, müharibə cinayətləridir.
Çox təəssüf ki, beynəlxalq təşkilatlar bugünədək Ermənistanın vəhşi davranışları, faşizm xislətli, beynəlxalq hüquqa, insanlığa zidd hərəkətlərinə bir dəfə də olsun, reaksiya verməyiblər. UNESCO-nun fakt araşdırıcı missiyası Azərbaycana dəvət edilib, lakin ölkəmizə gəlməkdən imtina ediblər. 44 günlük Vətən müharibəsi zamanı cəbhə bölgəsindən 50-60 km uzaqlıqda yerləşən şəhərlərimizin qadağan olunmuş silahlarla bombardman edilməsi, dinc əhalinin qətlə yetirilməsi beynəlxalq təşkilatların gözü qarşısında yaşanıb və susmağa üstünlük veriblər. Müharibə cinayətlərinə köklənmiş hərəkətlərin baş verməsində səssiz qalan təşkilatlar və onların rəhbərlərinin vicdanları yoxdur. Əks halda, bu cinayətlərə laqeyd qala bilməzdilər".
Qeyd edək ki, Ombudsman Zəngilanda ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlərin görülməsi üçün qəti tədbirlər görməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm