BMT 57 ölkəyə 683 milyon dollar ayırdı
15:27 12.02.2020
Aktual
457
BMT-nin Əhali Fondu (UNFPA) 57 ölkədə silahlı münaqişə və təbii fəlakət zonalarında ağır şəraitdə yaşayan 48 milyon qadına yardım etmək üçün 683 milyon dollar vəsait toplanması barədə donor ölkələrə və təşkilatlara müraciət edib.
Bu məqsədlə fond reproduktiv sağlamlıq və səhiyyə müəssisələrinə yardım göstərilməsi üzrə layihə həyata keçirəcək. Fondun icraçı direktoru Natalia Kanem bildirib ki, qadınlar və qızlar silahlı münaqişələrdən daha çox əziyyət çəkirlər. “Artıq onların hüquqlarının, təhlükəsizliyinin və ləyaqətinin qorunması vaxtıdır. Böhranlar və münaqişələr zamanı qadınlara qarşı zorakılıq halları daha da artır. Zərif cinsin nümayəndələri münaqişə və təbii fəlakət zonalarında da hamilə qalır, uşaq dünyaya gətirirlər. Biz onlara tibbi xidmət göstərilməsi və ehtiyaclarının təmin edilməsi sahəsində tədbirlər görməliyik”, -deyə o əlavə edib.
BMT-nin Əhali Fondunun cari ildə həyata keçirəcəyi humanitar aksiya əvvəlki tədbirlərin davamıdır. Belə ki, əvvəlki illərdə artıq 60 ölkədə 19 milyon qadına yardım göstərilib yeddi milyon zərif cinsin nümayəndəsi müxtəlif qadın xəstəlikləri ilə bağlı müalicə kursları keçib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual