BMU-da bayram tədbiri keçirilib
13:24 27.12.2019
Aktual
436
Bakı Mühəndislik Universitetində (BMU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunan bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov həmrəylik gününün əhəmiyyətini diqqətə çatdırıb.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə imzaladığı Fərmanla Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunduğunu xatırladan rektor, bu bayramın dünya üzrə sayı 50 milyonu ötən bütün azərbaycanlıların bayramı olduğunu bildirib. Ümummilli Liderin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının ilk qurultayının keçirildiyini, onun Sərəncamıyla Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldığını sözlərinə əlavə edən H.Məmmədov Ulu Öndərin siyasətinin, həmçinin onun diaspora ilə bağlı ideyalarının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
H.Məmmədov 2019-cu ilin Azərbaycan üçün uğurlu olduğunu, Prezident İlham Əliyevin müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyası nəticəsində həm daxili və həm də xarici siyasətdə ciddi uğurlara imza atıldığını deyib. İl ərzində həyata keçirilən islahatları nəzərə çatdıran H.Məmmədov bildirib ki, 2019-cu il davamlı inkişaf dövrümüzün növbəti parlaq səhifəsi kimi tarixə düşəcək. Rektor il ərzində digər sahələrdə olduğu kimi təhsil sahəsində də ciddi nailiyyətlərə imza atılıdığını, eyni zamanda müəllimlərin əməkhaqqlarının, tələbə təqaüdlərinin artırıldığını vurğulayıb.
Başa vurmaqda olduğumuz ilin BMU üçün də uğurlu il olduğunu bildirən H.Məmmədov universitetin professor-müəllim heyətinin və tələbələrinin əldə etdiyi nailiyyətlərə toxunub. Çıxışının sonunda rektor universitet kollektivini bayram münasibətilə təbrik edib, xoş sözlərini çatdırıb.
Sonra tədbirdə BMU-nun Bədii yaradıcılıq bölməsinin təşkilatçılığı ilə tələbələrin ifasında mahnılar səsləndirilib, rəqslər və səhnəciklər nümayiş olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq