BMU-nun daha bir məzunu ABŞ-ın nüfuzlu şirkətində çalışacaq - FOTO
12:48 28.02.2020
Aktual
555
Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə (ingilis dili) ixtisası üzrə 2018/2019-cu tədris ilinin bakalavr məzunu Kamil Məmmədzadə ABŞ-ın nüfuzlu “SIRVA Relocation & Moving” şirkətindən iş təklifi alıb. Dünyada bazar payına görə lider olan bu şirkətdə K.Məmmədzadə Maliyyə analitiki olaraq işə başlayıb.
K.Məmmədzadə eyni zamanda, Avropanın nüfuzlu universitetlərindən biri olan Praqa İqtisad Universitetində magistratura təhsili alır. Məzunumuz təhsil və iş həyatı ilə bərabər, şəhərin azərbaycanlı icmasının ictimai fəaliyyətində də aktiv iştirak edir.
Qeyd edək ki, K.Məmmədzadə 680 balla BMU-nun Maliyyə ixtisasına daxil olub və Prezident təqaüdünə layiq görülüb.
Onu da xatırladaq ki, BMU-nun Maliyyə ixtisası üzrə daha bir məzunu Yusif Aşırov ABŞ-da və dünyada tibbi avadanlıqlar, həmçinin əczaçılıq sənayesi üzrə tanınmış “Johnson & Johnson” şirkətində çalışır. BMU-nun bakalavr pilləsinə 690 balla daxil olan və Prezident təqaüdünə layiq görülən Y.Aşırov hazırda əmək fəaliyyəti ilə yanaşı, magistratura təhsilini Praqa İqtisad Universitetində davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya