Brüssel ən məqbul format sayılır
Yusif Nəzərli
06:24 16.05.2023
Aktual
432
Azərbaycan mövqeyini daha da gücləndirdi
"Praqada keçirilmiş görüşdən sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Çünki Ermənistan Fransanın müdaxiləsi nəticəsində, məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istəyirdi və bunun üçün səy göstərirdi". Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan buna razı olmadı və nəticə etibarilə rəsmi Bakının iradəsi, qəti mövqeyi sayəsində Brüssel formatında üçtərəfli görüş baş tutdu:
"Ermənistan siyasi müstəvidə Azərbaycanın təzyiqləri qarşısında hər dəfə daha ağır duruma məruz qalır. Bakı döyüş meydanında olduğu kimi, siyasi arenada da Ermənistanı ağır duruma salıb. Buna baxmayaraq, sülh üçün öz təşəbbüslərini irəli sürmək kimi olduqca humanist bir yanaşmanı reallaşdırır.
Ermənistan isə hər dəfə özünəməxsus riyakarlıq və hiyləgər planlarla bu prosesdən qaçmağa çalışsa da, Bakı uğurlu siyasəti nəticəsində onu tələb olunan həmin masaya oturtmağa məcbur edir. Göründüyü kimi, Fransa rəsmiləri görüşdə iştirak etmədi. Bu, Azərbaycanın iradəsini ortaya qoymasını bir daha sübut edən danılmaz faktdır. Fransanın müdaxiləsi prosesləri heç şübhəsiz ki, mənfi istiqamətə doğru aparır. Fransa ciddi-cəhdlə Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını üzərlərinə götürməyə, əvvəlki müzakirələrdə əldə edilmiş razılıqları pozmağa cəhd göstərir".
Parlament üzvü vurğulayıb ki, bu, qəbuledilməzdir və Azərbaycan hər hansı bir dövlətin bu prosesi pozmasına imkan verməyəcək:
"Azərbaycanın iradəsi ondan ibarətdir ki, regionda davamlı sülh və sabitlik, təhlükəsizlik tam təmin olunsun. Buna mane olan Ermənistan tərəfidir. Brüssel formatı Azərbaycan üçün olduqca məqbul format sayılır. Sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edirdi.
Bu görüşdə humanitar məsələlər, Azərbaycanın üzləşdiyi mina problemi, o cümlədən itkin düşmüş şəxslərin problemləri, həmçinin sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edildi.
Brüssel görüşündə diqqət çəkən vacib məqamlardan biri müzakirələrdə Qarabağ mövzusunun gündəmə gəlməməsi oldu. Prezident İlham Əliyev bu məsələyə öz qətiyyətini hər zaman bildirib və Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusunun olmamasını nəzərə çatdırıb. Ermənistanın buna heç bir aidiyyəti olmadığını və bunun bizim öz daxili işimizin olmasını vurğulayıb. Beləliklə, Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən növbəti Brüssel görüşündə Azərbaycan mövqeyini daha da gücləndirdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir
07:51 24.08.2026
Dünya
Çin Ayın ən soyuq yerlərindən birində buz axtaracaq
07:17 24.08.2026
Maraqlı
Premyeraya iti ilə qatıldı
06:00 24.08.2026
Şou
Ürəyiniz üçün portağal yeyin
05:15 24.08.2026
Sağlamlıq
Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib
04:34 24.08.2026
Dünya
Tramp amerikalıları bahalaşma ilə bağlı xəbərdar edib
03:50 24.08.2026
Son dəqiqə
“Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
01:48 24.08.2026
Futbol
Prezidentlər mətbuata bəyanatla çıxış etdilər
01:25 24.08.2026
Rəsmi
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol