Brüssel görüşündən gözləntilər:“Sülhlə bağlı yekun qərar bu ilin sonunda...”
Yusif Nəzərli
13:30 29.04.2022
Aktual
808
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxış edib.Çıxış zamanı dövlət başçısı bəyan edib ki,Bakı və İrəvanın nümayəndələri mayın əvvəllərində Brüsseldə görüşə bilərlər.
Avropa İttifaqını Azərbaycanın mühüm tərəfdaşı adlandıran Prezident İlham Əliyev deyib: “Bizim çox geniş əməkdaşlıq gündəliyimiz var. Biz Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini alqışlayırıq. İndi Minsk qrupu mövcud deyil, ona görə düşünürük ki, Avropa İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər”.
Siyasi şərhçi Asif Nərimanlı bu barədə “sherg.az”a danışarkən diqqətə çatdırıb ki, məhz tərəflər arasında baş tutan sonuncu Brüssel görüşündən sonra sülh sazişinin hazırlanması üzrə razılıq əldə olunub:
“Daha sonra Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon söhbətində Azərbaycanın sülh sazişinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyənləşdirdiyini, qarşı tərəfdən də bu addımın atılmasını gözlədiyini bildirdi. Bu telefon zəngindən sonra Azərbaycan və Ermənistan XİN rəhbərlərinin telefon danışığı oldu və nümayəndə heyətlərinin yaxın dövrdə görüşünün keçirilməsi razılaşdırıldı. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, indi mayda keçirilməsi gözlənilən Brüsseldə görüşündə tərəflər arasında imzalanacaq yekun sülh sazişinin ilkin müzakirələrin aparılacaq”.
Siyasi şərhçinin qənaətincə,bundan sonra danışıqlar prosesi Azərbaycanın təqdim etdiyi 5 prinsip əsasında qurulacaq:
“Qarabağdakı ermənilərin “təhlükəsizliyi və hüquqlarının təminatı” ilə bağlı Ermənistan tərəfinin müəyyən istəkləri ola bilər. Azərbaycan prinsipcə buna qarşı deyil. Prezident də ADA-dakı çıxışında Qarabağdakı ermənilərin bizim vətəndaş olaraq yaşayacaqlarını və bütün hüquqlarının təmin ediləcəyini açıqladı”.
A.Nərimanlının sözlərinə görə, may ayında baş tutacaq Brüssel görüşündə yekun qərarların qəbul ediləcəyi gözləntisi azdır,belə görüşlər sonrakı mərhələlərdə də davam edəcək:
“Sülhlə bağlı yekun qərarın bu ilin sonuna qədər verilməsi mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm