Brüsseldə  Paşinyan Azərbaycanın şərti ilə razılaşa bilər  - Ekspert

"Brüsseldə keçiriləcək görüşdə Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın şərti ilə razılaşa bilər".

Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, iyulun 21-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri növbəti dəfə görüşəcək: 

"Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək görüşdə sülh müqaviləsinin detalları və danışıqlar prosesində olan fikir ayrılıqlarını müzakirə edəcək. Brüssel görüşündə sülh müqaviləsinə əngəl olan Qarabağdakı silahlı qüvvələrin qalıqlarının çıxarılması müzakirə ediləcək. Görüşdə Nikol Paşinyan Azərbaycanın təklifi ilə razılaşa bilər. Çünki Ermənistanın irəli sürdüyü təkliflər sülh müqaviləsinin bağlanması istiqamətində istənilən danışıqları pozur. Əgər Brüsseldə Ermənistan baş naziri öz mövqeyindən geri çəkilməsə, Azərbaycan Qarabağda Qisas əməliyyatlarına başlaya bilər. Həmçinin, şərti sərhəddə yeni strateji mövqeləri nəzarət altına ala bilər. Ermənistanın əlavə alternativi onun yeni strateji ərazilər itirməsi ilə nəticələnəcək".