Corctaun jurnalında Azərbaycanla bağlı - Məqalə
17:10 26.12.2019
Aktual
399
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Corctaun beynəlxalq məsələlər jurnalı”nda “Bərpa olunan enerji mənbələri Azərbaycanın enerji strategiyasını yeniləyir” adlı məqaləsi dərc olunub.
Mərkəzdən bildiriblər ki, məqalədə Azərbaycanın 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə həyata keçirdiyi irimiqyaslı enerji layihələrinin əhəmiyyətindən bəhs edilir. Məqalədə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Cənub Qaz Dəhlizi kimi meqalayihənin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusilə vurğulanır. Bununla yanaşı, yazıda hazırda Azərbaycanın energetika sektorunda gedən islahatlara toxunulur, bərpa olunan enerji mənbələrinin ölkənin ümumi enerji istehlak balansındakı payının artırılması istiqamətində görülən işlərdən bəhs edilir. Qeyd olunur ki, ölkədə hazırda bu istiqamətdə köklü işlər görülür, o cümlədən müvafiq qanunvericilik bazası hazırlanır.
Həmçinin ölkədə bərpa olunan enerji – xüsusən də külək və günəş enerjisinin istifadəsi istiqamətində layihələrin həyata keçirilməsi üçün uyğun biznes tərəfdaşlarının cəlb edilməsi məqsədilə 2020-ci ildə hərracların keçirilməsi də nəzərdə tutulub. “Əsas hədəf kimi, Azərbaycan Energetika Nazirliyi 2030-cu ilədək ölkənin bərpa olunan enerji ehtiyatlarının həcmini ölkənin ümumi enerji balansında 30 faizədək artırmağı nəzərdə tutur. Hazırda bu rəqəm su elektrik stansiyaları da daxil olmaqla 17-18 faiz təşkil edir”,- deyə müəllif vurğulayır.
Bundan əlavə, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli Sərəncamına toxunulur, bu Sərəncamın bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsi üçün önəmli bir addım olduğu vurğulanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq