Çox hiyləgər taktika seçiblər
Turan
21:32 26.05.2021
Aktual
550
Düşmənin arzusunu gözündə qoymaq lazımdır
Ermənistan bilir ki, kiçik hərbi təxribatlar üzərindən beynəlxalq aləmdə təbliğat qurmaq daha asan olur
Xəbər verdiyimiz kimi Ermənistan Müdafiə Nazirliyi Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsinin, guya, Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyindən isə bildirilib ki, erməni tərəfinin yaydığı məlumat həqiqəti əks etdirmir. Qeyd olunub ki, mayın 25-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətlə dolu yeddi yük maşını sərhədə yaxınlaşmağa cəhd edib. Bölmələrimiz tərəfindən görülən xəbərdarlıq tədbirləri nəticəsində qarşı tərəfin hərəkətinin qarşısı alınıb. Lakin bu zaman qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.
Dövlət Sərhəd Xidmətinin polkovniki Murad Nağıyev də bildirib ki, Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə atəş açılması barədə məlumat həqiqətə uyğun deyil: “Rusiya Federasiyasının nümayəndələri tərəfindən bizimlə əlaqə saxlanılıb. Hər iki tərəfin hərbi qulluqçularının, guya, havaya atəş açmaları nəticəsində Ermənistan hərbçisi ayaq nahiyəsindən yaralanıb. Bir qədər sonra yaralanmanın qarın nahiyəsindən olduğu, daha sonra isə hərbi qulluqçunun, guya, baş nahiyəsindən aldığı yaradan ölməsi barədə məlumat daxil olub. Qeyd edilənlər erməni KİV-lərində bu barədə yazılanların tam cəfəngiyat olmasının göstəricisidir”.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “Şərq”ə açıqlamasında vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlayarkən özünü hərbi cəhətdən rahat hiss edirdi. İrəvan hökuməti düşünürdü ki, istənilən savaş təşəbbüsünü xaricdən aldığı dəstəklə aradan qaldıra bilər. Lakin 44 günlük müharibədə tam fərqli mənzərə ortaya çıxdı:
“Heç yandan dəstək görməyən Ermənistan müharibəni təslim şərtləri ilə saxlamaq məcburiyyətində qaldı. Paşinyan hökuməti ermənilərin 30 il müddətində ağıllarına belə gətirmədikləri ağır şərtlərə boyun əydi və 10 noyabr üçtərəfli Bəyanatı imzalandı.
Bəyanatın icra olunması və Azərbaycan-Ermənistan məsələsinin birdəfəlik həlli üçün sərhədlərin birmənalı müəyyənləşməsi mütləqdir.
Məqsədimiz Azərbaycanın sovet dövründə müəyyən olunmuş sərhəd xətti üzrə suverenliyini tam bərpa etməkdir. Amma Ermənistan tərəfi qeyri-müəyyənliyi saxlamağın tərəfdarıdır. İndiki məqamda qeyri-müəyyənlik Ermənistanın əleyhinə, Ermənistandan istifadə edən güclərin isə xeyrinədir.
Təəssüf ki, ermənilərin siyasəti İrəvandan planlaşdırılmır. Ermənistanın siyasi kursunu regionda gərgin ocaqların qalmasında maraqlı olan kənar dövlətlər müəyyənləşdirir.
İndi də çalışırlar ki, Azərbaycan-Ermənistan arasındakı sərhədlərin müəyyənləşdirilməsinə fərqli mahiyyət qazandırsınlar. Əslində iki dövlət arasındakı qanuni sərhədlər kifayət qədər dəqiqliklə qeyd olunub.
Bunu əks etdirən xəritələr və sənədlər mövcuddur. Lakin erməni tərəfi hər zamankı kimi haqsız olmasına baxmayaraq, siyasi hay-küydən və hərbi təxribatlardan əl çəkmir. Ermənistan prosesi pozmaq üçün kiçikmiqyaslı hərbi təxribatlara əl atır.
Böyük təxribatlardan çəkinir, çünki Azərbaycan tərəfi bunu cavabsız qoymaz. Həm də kiçik hərbi təxribatlar üzərindən beynəlxalq aləmdə təbliğat qurmaq daha asan olur. Bununla ermənilər iddia edirlər ki, guya, Azərbaycan Ordusu müharibəni hələ dayandırmayıb və “erməni torpaqlarını işğal” etməkdə davam edir.
Azərbaycan tərəfi ermənilərin bütün təxribatlarına hazırdır. Hələlik təmkinli mövqe sərgilənir, lakin vəziyyət daha da gərginləşərsə, adekvat addımlar atılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol