Deputat: "Heydər Əliyevin hakimiyyətə gəlişinə zamanında imkan verilsəydi başımıza müsibətlər gəlməyəcəkdi"
Ayyət Əhməd
12:06 23.11.2019
Aktual
478
"Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı mərasimdə çox vacib tarixi məsələlərə diqqəti cəlb edib. Həmin məsələlərin sırasında ulu öndər Heydər Əliyevin fəaliyyəti, SSRİ prezidenti Mixail Qorbaçovun və sovet ittifaqı rəhbərliyinin, ermənilərə bağlı şəxslərin məqsədli təzyiqləri nəticəsində vəzifədən uzaqlaşdırılması məsələsi xüsusi vurğulanmalıdır".
Sherg.az bildirir ki, bunu millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Sumqayıtın 70 illik yubleyi münasibətilə keçirilən tədbirdə toxunduğu məsələlərə fikir bildirərkən deyib.
Deputat vurğulayıb ki, tarixi faktlar təsdiqləyir ki, nə qədər ki, Heydər Əliyev hakimiyyətdə idi, Azərbaycana rəhbərlik edirdi, Moskvada yüksək vəzifədə idi, ermənilər Dağlıq Qarabağ məsələsini qaldıra bilmirdilər:
"Ulu öndər 1982-ci ildə Moskvaya getdikdən və SSRİ Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsinə seçildikdən sonra ermənilər Azərbaycana qarşı planlarını işə salmağa cürət etmirdilər. Onlar Dağlıq Qarabağı Ermənistana birləşdirmək arzularını reallaşdırmağa əməli cəhd edə bilmirdilər. Belə olduğu üçün ermənilərin hədəfi o oldu ki, planlarını həyata keçirməyə əsas maneəni aradan qaldırsınlar, Heydər Əliyev faktorunu aradan götürsünlər. Ermənilərə əsas mane olan faktor Heydər Əliyev idi. Qorbaçov və erməni köməkçilərinin qurduğu plana əsasən Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən uzaqlaşdırıldı. Nə qədər ki, Heydər Əliyev vəzifədə idi, səlahiyyətlərə sahib idi Dağlıq Qarabağ məsələsi gündəmə gəlmirdi. Gündəmə gətirmək cəhdləri olsa da Heydər Əliyev dərhal qarşısını alırdı. Lakin onun dövlət vəzifələrindən uzaqlaşdırılmasından cəmi iki həftə sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi ilə bağlı məsələ qaldırılmağa başlandı. Üç ay sonra isə məlum Sumqayıt hadisələri törədildi. Sumqayıt hadisələri də eyni planın tərkib hissəsi idi. Bunun ardınca isə 1989-cu ilin dekabrında Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlı qondarma qərar qəbul edildi”.
Millət vəkili vurğulayıb ki, bütün bunlar onu göstərir ki, ulu öndər Heydər Əliyevin həm Azərbaycanda, sonra isə SSRİ paytaxtında yüksək vəzifədə olması ermənilərin bütün bu məkrli planlarının qarşısını alırdı:
"Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması erməni millətçiliyinin, erməni separatizminin baş qaldırmasına, Azərbaycan torpaqlarının işğal edilməsinə münbit şərait yaratdı. Əgər Heydər Əliyev 1980-ci illərin sonları, 1990-cı illərin ilk dövrlərində Bakıda olsaydı, onun hakimiyyətə gəlişinə imkan verilsəydi Azərbaycan torpaqları işğal altına düşməyəcəkdir. Bu fikrin dəqiq olduğunu sübut etmək üçün tarixi faktı xatırlamaq yetir. 1990-cı ilin iyul ayının 22-də Heydər Əliyev Naxçıvana gəldi. Heydər Əliyevin Naxçıvanda olması Naxçıvanın xilası oldu. Naxçıvanın işğal altına düşməməsinin səbəbi Heydər Əliyev fenomeni ilə bağlı idi. Naxçıvan blokada vəziyyətində idi, ermənilərə bu vəziyyətdə olan Naxçıvanı işğal etmək daha asan idi, nəinki Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı. Lakin Heydər Əliyev iradəsi, xalqın ona inamı Naxçıvanın işğalının qarşısını aldı. Heydər Əliyev paytaxtda Azərbaycan rəhbərliyində olsaydı Qarabağın işğalının da qarşısı alınacaqdı. Heydər Əliyevin zamanında Bakıya gəlişinə və hakimiyyətə gəlişinə imkan verilsəydi Azərbaycanın başına müsibətlər gəlməyəcəkdi, nə Xocalı faciəsini yaşayacaqdıq, nə torpaqlarımız işğal olunacaqdı. Çox təəssüf ki, o zamankı Azərbaycan rəhbərliyi özündə təpər tapmadı, milli təəssübkeşlik nümayiş etdirmədi. Təəssüf ki, həmin dövrdə rəhbərlik Moskvadan asılı vəziyyətdə idi və ona görə də anti-milli mövqedə dayanmış oldu. Heydər Əliyevin Bakıya gəlişinə mane olmaq ən böyük anti-milli mövqe idi. Bunu zaman sübut etdi".
Oxşar xəbərlər
Trampın tarif təzyiqi nəticə verir: Hindistandan ABŞ-a 18 milyard dollarlıq sərmayə
13:55 30.09.2026
Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsinə qarşı iddialar bir mərkəzdən idarə olunur -ŞƏRH
13:15 30.09.2026
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil