
Dilsiz-ağızsız heyvandan belə istifadə edirlər...
Dilsiz-ağızsız heyvandan belə istifadə edirlər...
Yusif Nəzərli
13:45 13.09.2023
Aktual
476
Ermənilər dünya ictimaiyyətinə də sübut etdilər ki, terrorçu dövlətdirlər
Ermənilər itə partlayıcı qurğu bağlayıb mövqelərimizə göndəriblər.
Qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı qurğu bağlayaraq Xocavənd rayonu istiqamətindəki mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb.
Müdafiə Nazirliyi bəyan edir ki, heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a açıqlamasında deyib ki, bu terror aktı ictimai-siyasi arenada ciddi qınaqla qarşılanıb:
“Prezidentin köməkçisi Hikmət Hacıyev çox haqlı olaraq Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin bu əməlini “əxlaqsız terror aktı” kimi qiymətləndirib.

“Ermənilər boynuna mina bağlanmış heyvanı mövqelərimizə göndərməklə beynəlxalq hüququ kobud şəkildə pozublar”.
Bunu isə “Report”a açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, 1980-ci ildə qəbul olunan BMT konvensiyasının 2 saylı protokolunda adi silahların bəzi növlərinin istifadəsinin qadağası və məhdudlaşdırılması ilə bağlı xüsusi müddəa var: “Həmin sənəddə mina tələlərindən istifadə qadağa edilib. Dünənki hadisə də birbaşa mina tələsidir. Eyni zamanda 2018-ci ildə qəbul olunmuş BMT konvensiyasına görə, heyvanların sağlamlıqlarının və hüquqlarının qorunması nəzərdə tutulur. Ermənilər beynəlxalq hüququn bu iki tələbini pozublar”.
Ekspertin sözlərinə görə, bu hadisə sərt şəkildə qınanılmalıdır:
“İş orasındadır ki, bu, ilk belə hadisə deyil. İllər əvvəl Tovuzun Əlibəyli kəndində uşaqlar çayda oyuncaq taparaq evə gətirmişdilər. Oyuncaq partlaması nəticəsində 13 yaşlı uşaq həlak oldu və anası yaralandı. Bu da mina tələsinin bir növü idi. Görünür, ermənilər belə əməllərə artıq adət ediblər”.
H.Səfixanov düşünür ki, ermənilər mina terrorundan geniş istifadə edirlər: “Gələcəkdə də oxşar həmlələr təkrarlana bilər. Ona görə də insanlarımız diqqətli, ayıq-sayıq olmalıdırlar. Düşmənimiz kifayət qədər məkrlidir. Onlar hərbçilərimizlə üzə-üzə gəlməkdən qorxduqları üçün bu cür mina tələlərindən istifadə edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media