Dünyada zəlzələ riski ən aşağı olan bölgələr açıqlanıb - Türkiyədən 9 şəhər siyahıda

Yer alimlərinin hazırladığı yeni qlobal seysmik xəritəyə əsasən, aktiv fay xətlərindən uzaqda yerləşən qədim geoloji “qalxan bölgələr” dünyanın ən təhlükəsiz əraziləri hesab olunur.

Sherg.az xəbər verir ki, siyahıda İsveç, Norveç, Finlandiya, Almaniya, Polşa, Kanada, Braziliya və Avstraliya kimi ölkələr yer alıb.

Türkiyədə isə zəlzələ riski ən aşağı olan bölgələr sırasında Nevşehir-Kapadokya xətti, Mardin, Şanlıurfa, Kırklareli və Edirnə göstərilib. Mütəxəssislər bu ərazilərin aktiv fay xətlərindən uzaqda yerləşdiyini və tarixən aşağı seysmik aktivlik nümayiş etdirdiyini bildirirlər.