Dünyanın gözü ordumuzdadır ! - “Hərbi taktikamızdan danışırlar”
Banuçiçək Kalbalıyeva
12:18 06.11.2020
Aktual
747
Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları çərçivəsində düşmənə sarsıdıcı zərbələr endirən Azərbaycan ordusunda döyüş əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bunu yaralı əsgərlərimizin timsalında da söyləyə bilərik. Çünki indiyədək yaralı əsgərlərimizin hər biri tez sağalıb təkrar döyüşlərə qatılmaq arzularını ifadə ediblər. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı videogörüntülərlə qarşılaşmaq mümkündür. Növbəti belə bir görüntüdə yaralı Azərbaycan əsgəri əməliyyat masasında öz ağrı-acısını unudaraq Qarabağ haqqında mahnı ifa edir. Yaralı əsgərimizin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər ona tezliklə sağalıb Şuşaya zəfər bayrağı sancmağı arzulayıblar. Bax, budur, Azərbaycan əsgərinin vətən sevgisi.
Qarabağ qazisi Anar Məmmədov bu barədə “Sherg.az”a danışıb. O, bütün şəxsi heyətdə eyni ruh yüksəkliyinin olduğunu düşünür:
“Otuz ildir gözlədiyimiz gün, nəhayət ki, gəldi. İndi hər kəs, o cümlədən də qazilər döyüşlərdə iştirak etməyi, yaralananlar cəbhəyə qayıtmağı arzulayırlar. Bu hiss hər kəsə ruh yüksəkliyi verir.
Mən də yaralananda heç bir ağr-acı hiss etmirdim. Çünki Azərbaycan əsgərinin bircə amalı var-düşmənə qalib gəlmək. İndi bütün Azərbaycan yeni şad xəbər gözləyir. Bir çox ərazilərimizi, o cümlədən dörd rayon və iki yüzdən artıq kəndimizi “təmizləmişik”.
Son qarış torpağı alanadək döyüşlər davam edəcək. İşğalçıya layiqli cavab verilir və veriləcək. İndi dünyanın gözü bizim ordumuzdadır. Hər kəs uğurlarımızdan, hərbi taktikamızdan danışır.
Türkün gücü bütün dünyaya bəyan oldu. Tanrı prezidentimizi, ordumuzu qorusun. Ali baş komandan İlham Əliyev Şah İsmayıl Xətaidən sonra torpaqlarımızı geri alan, ərazi bütövlüyümüzü təmin edən ikinci sərkərdədir.
Biz isə onun əsgəriyik və döyüş tapşırığını gözləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə