Düşmən bizi müharibəyə sürükləyir
Yusif Nəzərli
10:31 13.05.2023
Aktual
472
Toqquşmaların böyükmiqyaslı hərbi əməliyyatlara çevrilməsi Ermənistan tərəfinə sərf edir
Mayın 10-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub. Şəhid anadan olduğu Vurğun qəsəbəsində, qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, Orxan Novruzəlizadə 1998-ci il təvəllüdlü Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. İki ilə yaxın Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.
Şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəlizadənin sözlərinə görə, oğlu dünən evə gəlməli imiş: “2 qız, 2 oğul idilər. Orxan ən balacaları idi. Ən çox istədiyim o idi... Bu gün evə gələcəyini demişdi”. E.Novruzəlizadənin sözlərinə görə, həyat yoldaşı da bir müddət əvvəl vəfat edib, heç ili də çıxmayıb.
Təxribat nəticəsində başından ağır güllə yarası alan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Müslüm Mahmudlu isə hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur. Dünən əməliyyat olunan hərbçimizin vəziyyəti hələ də ağırdır. Hazırda o, reanimasiya şöbəsindədir.
Qeyd edək ki, mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədiblər.
Erməni təxribatını şərh edən hərbi ekspert Elxan Şıxəliyev deyib ki, düşmən ordusu tarix boyu bu cür oyunlarla problemi daha da ağırlaşdırmağa, sülh prosesini pozmağa çalışır:
“Ermənistanın bu addımları adət halını alıb. Ermənistan mütəmadi olaraq atəşkəsi pozmaqla toqquşmanın miqyasını böyütmək istəyir: "Bilirsiniz ki, toqquşmaların olduğu həmin ərazilərdə Avropa İttifaqının müşahidəçiləri də var.
Ermənistan nə qədər təxribatları törədən tərəf olsa da, həmin müşahidəçilər bütün bunları Azərbaycanın əleyhinə qeydə alırlar. Yəni göstərmək istəyirlər ki, guya, vəziyyəti gərginləşdirən Azərbaycandır.
Ermənistan bu cür addım atmaqla siyasi danışıqların pozulması üçün bir vəziyyət yaranmasını istəyir. Lokal konfliktin yaranması taktiki bir vəziyyətdir.
Belə olduğu halda da Azərbaycan Silahlı Qüvvələrinin birinci eşalonunun taborları düşmənə misli ilə cavab verir. Hazırkı toqquşmaların böyükmiqyaslı hərbi əməliyyatlara çevrilməsi isə yalnız Ermənistan tərəfinə sərf edir. Qarşı tərəf elə bizi məhz buna sürükləmək istəyir.
Sərhədlərin demarkasiya və delimitasiyası üzrə iş getdiyi və sülh sazişi ilə bağlı müəyyən addımların atıldığı bir müddətdə Ermənistan Avropa institutlarında belə toqquşmaları bizə qarşı istifadə edir.
Yəni böyük hərbi əməliyyatların keçirilməsi bizim cəmiyyətdə nə qədər məqbul sayılsa da, siyasi olaraq qəbul edilmir. Ona görə də bölmələrimizin ermənilərin təxribatına yalnız taktiki cavab verməsi ən doğru olandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm