“Əhməd bəy Cavanşir” kitabı nəşr edildi
07:23 26.11.2019
Aktual
1631
Yazıçı Mehriban Vəzirin “Əhməd bəy Cavanşir” kitabı nəşr olunub. Sherg.az xəbər verir ki, Əhməd bəy Cavanşir dövrünün görkəmli ictimai xadimi, milli-mənəvi dəyərlərin gerçək təmsilçisi, ünlü şəcərə və nümunəvi bir kimlik sahibidir. O, eləcə də Azərbaycan ictimai fikir və tərəqqi tarixinin fədailərindən biri olub və “Qarabağnamə” kimi mühüm tarixi əsərin müəllifidir.
Bir sıra mütəfəkkirlərimiz kimi, Əhməd bəyin də ömür hekayəsi itib, ictimai xidmətləri, ədəbi irsnin böyük qismi dəyişən formasiyaların xarabalıqlarına gömülüb.
Ömrünü ictimai xidmətə, mədəni tərəqqiyə, maarifə, milli-mədəni irsin toplanmasına və bütün bunlarla yanaşı fiziki mövcudluq uğrunda savaşa həsr etmiş Əhməd bəy Cavanşir əzmli bir müqavimət, mənəvi dirəniş, həyata tutunma timsalı, oxumağa-öyrənməyə dəyən bir ömür örnəyidir.
“Əhməd bəy Cavanşir” kitabı xatırlanmağı haqq edən, lakin unudulmuş bir şəxsiyyətin tanıtımıdır.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “19-cu əsrdə Qarabağda ictimai-siyasi durum və Əhməd bəy Cavanşirin (1823–1903) həyatı” layihəsi çərçivəsində Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb.
Bu kitaba müəllifin Qarabağın 19-cı yüzildəki ictimai-siyasi durumuna və Əhməd bəy Cavanşirə həsr edilmiş “Mövcudluq Uğrunda” tarix-sənədlii romanından bir hissə, Həmidə xanımın atası ilə bağlı xatirələri və Əhməd bəy Cavanşirin tarixi öçerkləri daxil edilib.
Azərbaycan ictimai jurnalistikasının banilərindən biri olan maarifçi ədib Əhməd bəy Cavanşirin çoxşaxəli fəaliyyəti və misilsiz ömür hekayəsi ilk dəfə olaraq oxuculara təqdim edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya