Əks-hücum
başladı
Əks-hücum
başladı
Yusif Nəzərli
11:49 26.05.2023
Aktual
351
Rusiya yaxın müddət ərzində Ukrayna ərazilərindən çəkilmək məcburiyyətində qalacaq
Prezident Volodimir Zelenskinin administrasiyası Ukraynanın əks-hücuma başladığını təsdiqləyib. Bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak bildirib. O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gündür ki, davam edir:
"Artıq bir neçə gündür əks-hücum gedir, sərhədin 1500 kilometrliyində gərgin müharibə gedir, hücumlar artıq başlayıb". Podolyak Ukraynanın Rusiya ərazisinə qarşı Qərb silahlarından istifadə etməyəcəyini, lakin Krımı və Donbası azad etmək üçün Rusiya ordusuna qarşı bu silahlardan istifadə ediləcəyini vurğulayıb. Bu arada “Vaqner” muzdlu qrupu öz bölmələrini Baxmutdan çıxarmağa başlayıb. Görüntülərdə “Vaqner”in rəhbəri Yevgeni Priqojin döyüşçülərinə istirahət edərək növbəti tapşırıqlara hazırlaşacaqlarını deyir. Qeyd edək ki, Yevgeni Priqojin ötən gün müsahibəsində Baxmutda 10 mini keçmiş məhbus olmaqla ümumilikdə 20 min döyüşçü itirdiyini açıqlayıb.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Ukraynanın əks-hücum əməliyyatları dərinləşərsə, təzyiqlər artarsa, Rusiya yaxın müddət ərzində Ukrayna ərazilərindən çəkilmək məcburiyyətində qalacaq. Ekspert düşünür ki, indiki məqamda Qərb ölkələrinin Ukraynaya hərbi silah-sursat dəstəyi verməsi xüsusi əhəmiyyət daşıyır: "Əks-hücum əməliyyatları daha çox silah-sursat, hərbi texnika və canlı qüvvə tələb edir. Ukrayna canlı qüvvə və hazırlıqlı hərbçilər baxımından problem yaşamır. Məlumatlara görə, Almaniya, Polşa, Böyük Britaniyada ruslarla döyüşmək üçün hərbçilər yetişdirilir. O baxımdan indi əsas məsələ hərbi texnika ilə təchizatdır. ABŞ və Avropa ölkələrinin Ukraynaya davamlı hərbi yardımı yüksələn xətlə davam edəcək. Çünki 1500 km.lik cəbhə xətti kifayət qədər böyükdür. Ukrayna qüvvələri ciddi üstünlük əldə edərsə, bu, psixoloji üstünlük də yaradacaq və müharibənin taleyini həll edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region