Ekspert xalqa SƏSLƏNDİ:“Müdafiə Nazirliyinin çağırışına həssaslıqla yanaşsınlar”
Yusif Nəzərli
13:28 01.08.2022
Aktual
714
Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb.Nazirliyin feysbuk səhifəsində yayılan məlumatında qeyd olunub:
“Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq”.
Məlum müraciətlə bağlı “Sherg.az”a danışan, hərbi məsələlər üzrə ekspert, əməkdar jurnalist İbrahim Rüstəmli bildirib ki, istər sosial şəbəkə istifadəçiləri, istərsə də media nümayəndələri Müdafiə Nazirliyinin çağırışına diqqətlə yanaşmalıdırlar:
“Burda təkcə hərbi əməliyyatlardan deyil, əsgər və zabitlərimizin həyatından söhbət gedir. İstənilən yanlış addım düşmən üçün mesaj rolunu oyanya bilər ki, bu da əsgər və zabitlərimizin həyatı üçün ciddi təhlükə yaradar. İnformasiya məsələsində diqqətli olmalıyıq”.
Ekspert İkinci Qarabağ savaşında həyata keçirilən informasiya siyasətinə diqqət çəkib:
“Bu savaşda qalib gəlməyimizin səbəblərindən biri də məhz informasiya resurslarının vahid mərkəzdən idarə olunması idi. Ona görə də mən üzümü sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə tutub demək istəyirəm ki, Müdafiə Nazirliyinin çağırışına həssaslıqla yanaşsınlar. Dövlətimiz son bir neçə dönəmdə istər Cənubi Qafqazda, istərsə də beynəlxalq aləmdə siyasi, iqtisadi və hərbi gücünü göstərib. 44 günlük İkinci Qarabağ savaşında da dövlət olaraq necə böyük gücə sahib olduğunu nümayiş etdirib”.
İ.Rüstəmli özünün də bəzi sosial media istifadəçilərindən tez-tez “Müharibə olacaq, antiterror əməliyyatları başlayacaq” kimi fikirlər eşitidiyini diqqətə çatdırıb. Onun qənaətincə,bu fikirlər əsassızdır və sadəcə olaraq cəmiyyətdə ajiotaj,fikir ayrılıqları yaratmağa xidmət edir:
“Mən də öz adıma informasiyaya aidiyyəti olan hər kəsin belə məsələlərdə ciddi və həssas olmasını istəyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual