
Emin Həsənlinin Türkiyə görüşləri davam edir – FOTO
Yusif Nəzərli
12:08 13.05.2023
Aktual
475
Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliynin sədri, “Qardaşlığımız Əbədidir” QHT koalisiyasının rəhbəri Emin Həsənlinin görüşləri davam edir.
Herbiand.az xəbər verir ki, Emin Həsənli “Ehtiyatda Olan Zabitlər” Birliyinin sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Qaraquşla görüşüb. Birliyin Qərargahında Türkiyə-Azərbaycan münasibətləri haqqında müzakirələr aparılıb.
Ərdoğan Qaraquş Ulu öndər Heydər Əliyevin qardaşlıq münasibətlərinə verdiyi töhfələrdən söz açıb. Heydər Əliyevin təkcə türk dünyası üçün deyil, islam ölkələri üçün böyük şəxsiyyət olduğunu qeyd edib. Ən çətin zamanda Azərbaycan dövlətini, Azərbaycan Ordusunu qurduğunu bildirib. General Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ torpaqlarını işğaldan azad etdiyini də böyük sevinclə vurğulayıb.
Emin Həsənli də öz çıxışında 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycana dəstəyinin əvəzsiz olduğunu bildirib. O, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədirimizdir” fikrini örnək gətirərək tarix boyu iki qardaş millətin bir-birini dəstəklədiyini yada salıb. Zamanında Qars müqaviləsi, Qarabağ zəfərindən sonra isə Şuşa bəyannaməsini yada salan Emin həsənli bütün sahələrdə bir-birimizə dəstək olacağımızı vurğulayıb. Bu sahələrlə yanaşı qardaş ölkələrdə olan hərbyönümlü QHT-lərin də qarşılıqlı əlaqələrin və əməkdaşlığının da inkişaf edəcəyini bildirdi.
Emin Həsənlinin növbəti görüşü Ehtiyatda Olan Gizirlər” Birliyində olub. Birliyin sədri Hamiza Dürgen dərnəyin mərkəzi ofisində Emin Həsənlini qəbul edib.

Hərbiyönümlü QHT-lər arasında münasibətləri yüksək qiymətləndirən Həmzə Dursun ötən ilin noyabr ayında 4 Azərbaycan səfərlərini xatırladıb. Türkiyənin hərbiyönümlü QHT sədrləri və onların nümayəndələrinin səfərləri zamanı Bakıda, Gəncədə, Şuşada keçirilən tədbirlər xüsusi vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyevin Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə Şuşada Heydər Əliyev və Atatürk küçəsinin açılışını etməsini böyük sevinclə bildirdi. Bunu da Türk birliyinə, Türk dünyasına böyük sayğı olduğunu vurğuladı.
Birlik sədri “Zəfər günü”-nü 8 noyabra keçirilməsi üçün Prezidentin Sərəncamını Atatürkə böyük sayğı olduğunu bildirdi. Türkiyədə də Heydər Əliyevin 100 illiyi münasibəti ilə keçirilən tədbirlərin Ümummilli liderə böyük sayğının olduğunu göstərdiyini söylədi. Heydər Əliyevin Türkiyə parlamentində Atatürkü örnək aldığını bəyan etməsini fəxrlə yada saldı. Azərbaycanda Atatürkə, Türkiyədə Heydər Əliyevə sayğı qardaşlığın əbədi olmasının nümunəsi kimi qeyd olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm