
Erməni lobbisi qadınları pulla orduya cəlb edir - ŞƏRH
Yusif Nəzərli
14:24 14.09.2023
Aktual
505
Ermənistanda könüllü olaraq hərbi xidmətə yazılmış qadınlar qış çağırışında hərbi xidmətə cəlb olunacaq.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında deyib.
Qeyd edək ki, Ermənistanda qadınların könüllülük əsasında hərbi xidmətə çağrılmasını nəzərdə tutan qanun layihəsi ölkənin müdafiə naziri Suren Papikyan tərəfindən parlamentə təqdim olunub və səs çoxluğu ilə qəbul edilib.
Qanun layihəsinə görə, 6 aylıq hərbi xidməti başa vuran qadınlar 2,5 min dollar məbləğində ödəniş alacaqlar.
Həmçinin, qeyd olunub ki, qadınlar hərbi xidmətdən çağırış gününə qədər imtina edə bilərlər.
Qadınlardan hərbi xidmətdə istifadə praktikasının bəzi ölkələrdə geniş yayıldığını deyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, bu İsrail təcrübəsini orduda tətbiq etməkdən ibarətdir:

"Həmçinin əks-cinsin nümayəndələrinin çatışmazlığından yaranan bir problemdir və hərbi ehtiyatı qadınların hesabına artırmağa çalışırlar. Eyni zamanda bu psixoloji amildir. Yəni, qadınların orduya könüllü çağrılması kişi fərdlərin də hərbi xidmətə cəlbi məsələsini gündəmə gətirir. Bu məsələnin arxasında erməni lobbisinin pulunun və gücünün dayandığı ortaya çıxır. Çünki 2.5 milyon dollar məbləğində pulu vermək üçün büdcə lazımdır. Ermənistanın isə bunun üçün büdcəsi yoxdur. Belə çıxır ki, bu erməni milyarderlərindən birinin puludur. Ermənistan tərəfi qadınlardan snayperin istifadəsi üçün istifadə ediblər. Çox təəssüf ki, bu çox uğurlu addım olub. Bunun nəticəsində bizim xeyli hərbi qulluqçumuz şəhid olub. Birinci və İkinci Qarabağ müharibəsinin gedişində erməni snayper qadınlar bizim tərəfdən ələ keçrilmişdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media