Erməni yalanları yüksək tribunadan ifşa olunacaq
11:25 18.09.2023
Aktual
451
Ceyhun Bayramov Nyu-Yorkda Azərbaycanın haqq səsini yayacaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər zamanı Ceyhun Bayramovun Baş Assambleyanın plenar sessiyasında çıxışı, sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Bİrləşmiş Millətlər Təşkilatı tribunasında iştirak etmək Ermənistan, onun havadar dövlətlərinin Azərbaycana qarşı süni olaraq yaratdığı antiazərbaycan şousuna dirənmək və Azərbaycan gerçəkliyini dünyaya çatdırmaq üçün çox ciddi bir imkandır:
"Ona görə də bu, ermənilərin, havadar dövlətlərin blokada, aclıq kimi təbliğat xarakterli şousunun siyasiləşdiyini dünyaya çatdırmaq üçün mötəbər bir tribunadır. Məqsəd təkcə sessiyada çıxış etmək deyil. Həmçinin orada iştirak edən ciddi ölkələrin rəsmiləri ilə təmas qura biləcəyik. Erməni hiyləsini ifşa etmək üçün böyük imkan əldə edəcəyik. Bu baxımdan tədbirə qatılmaq çox vacibdir. Çünki hiyləgər, yalançı Ermənistan dövləti hər dəfə kiçik bir tribunadan belə Azərbaycana əleyhinə istifadə edib, yalanlar bəyan edərək dünyanı aldatmağa çalışıb. Bu gün bu proses yenə davam edir. Təəssüf ki, birtərəfli qaydada bu yalanlara inananlar və inanmaq istəyənlər var. Bunları ifşa etməyin yolu isə bu cür mötəbər tribunalardan və sessiyada istifadə etməkdir ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
12:50 01.07.2026
Sosial