Ermənistan parlamentindəki terror aktına dair yeni istintaq başlandı
05:15 26.12.2019
Aktual
428
Ermənistan Baş Prokurorluğu 1999-cu ildə parlamentdə baş vermiş terror aktı ilə bağlı cinayət işinin istintaqını bərpa etməyə qərar verib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Prokurorluğun sözçüsü Arevik Xaçatryan deyib.
Onun sözlərinə görə, parlamentə hücumda öldürülən spiker müavini Yuri Baxşyanın arvadı Anait və onun nümayəndəsi terror aktı barədə ədalətli qərar qəbul edilməməsi barədə şikayət edib.
“Şikayət Baş Prokuror tərəfindən təmin edilib və iş yenidən baxılması üçün istintaq orqanına göndərilib”, - deyə prokurorluq rəsmisi bildirib.
Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Unanyanın rəhbərlik etdiyi bir qrup şəxs Ermənistan parlamentinə daxil olaraq iclas zalını odlu silahlardan atəşə tutub. Nəticədə baş nazir Vazgen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan və onun iki müavini də daxil olmaqla səkkiz nəfər öldürülüb.
Terror aktı üzrə məhkəmə 2001-2003-cü illərdə keçirilib. Hücumda iştirak edənlərdən altısı ömürlük, bir nəfər isə 14 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq