Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməkdə maraqlıdır - ŞƏRH
11:12 27.05.2023
Aktual
427
"Ermənistanın baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının toplantısına ilk dəfə qonaq qismində dəvət alan Azərbaycan Prezidenti İlham Əliyevlə erməni ictimai rəyinə hesablanmış polemika açarkən, növbəti dəfə kobud bir yalana və birbaşa Putinə hörmətsizliklə ifadə olunan siyasi təxribata əl atdı".
"Sherg.az"ın xəbərinə görə, bu barədə politoloq Elxan Şükürlü deyib.
Ekspert bildirib ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşbbüsünü irəli sürüb və bu təşəbbüs Rusiya tərəfindən dəstəklənir” fikrinə cavabında Paşinyan üzünü Putinə tutaraq, iddia etdi ki, guya, o, Rusiyanın Zəngəzur dəhlizinin açılmasını dəstəklədiyi fikrini ilk dəfə eşidir:
"Halbuki Paşinyanın ən etibarlı kadrlarından biri - Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2022-ci ilin dekabrında açıq şəkildə bəyan etmişdi ki, strateji müttəfiqləri Rusiya rəsmi İrəvana öz ərazilərindən Azərbaycana dəhliz verilməsi və Ermənistanın Rusiya-Belarus İttifaq Dövlətinə qoşulması üçün onlara ciddi təzyiq göstərir. Anlaşılan odur ki, Qarabağdakı rüsvayçı məğlubiyyətini indiyədək erməni ictimai rəyində Rusiyanın onları müdafiə etməməsi arqumenti üzərində quran Paşinyan hökuməti Zəngəzur dəhlizinin açılması işinin də məhz Rusiyanın təzyiqiylə baş verdiyi fikrini qabartmaqda, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməkdə və beləliklə də, KTMT-dən uzaqlaşmaq siyasətindəki ənənəvi tezisi yenidən aktuallaşdırmaqda maraqlıdır. Putin isə hələ də səbrlə Paşinyanın bu şıltaqlıqlarına dözməyə üstünlük verir".
E.Şükürlü əlavə edib ki, Moskvada razılaşdırılıb ki, yolların açılmasında “tənzimlənməmiş məsələləri həll etmək üçün” hər üç ölkənin baş nazirlərinin müavinləri 1 həftə sonra yenidən görüşsünlər:
"Rusiya Baş nazirinin müavini Overçuk isə deyib ki, onlar həmin görüşdə Azərbaycanla Ermənistan sərhədində sərhəd və gömrük nəzarətinin necə aparılacağını müəyyənləşdirəcəklər. Bir həftə sonra – iyunun 1-də isə ölkə başçısı İlham Əliyev və Paşinyanın Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək toplantısında da görüşlərinin təşkili planlaşdırılır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm