
Ermənistanın revanş hazırlığı: Azərbaycan bölgədəki əməliyyat şəraitinə nəzarət edir
13:27 11.04.2025
Aktual
678
Ermənistanın son illərdə sərgilədiyi xarici və daxili siyasət kursu, onun militarist və revanşist meyllərdən hələ də əl çəkmədiyini aydın şəkildə ortaya qoyur. Sanki bu ölkə 30 illik işğal dövrünü, bu müddətdə törədilmiş insan hüquqları pozuntularını və 44 günlük Vətən müharibəsinin nəticələrini unudaraq, məsuliyyət daşımadığını göstərən davranışlar göstərir. Ermənistan havadarlarının yanlış və birtərəfli məsləhətlərinə əməl edir və reallıqdan uzaq mövqe tutur.
Ölkədə militarizasiya prosesi geniş vüsət almışdır. Ermənistan hökuməti ordusunu yeni və ölümcül silahlarla təchiz etməyə davam edir ki, bu da bölgədə gərginliyi artırır. Eyni zamanda, Ermənistan cəmiyyətində revanşist düşüncələr kök salıb – istər açıq şəkildə yeni hərbi əməliyyatlar arzulayan aktiv revanşistlər, istərsə də gizli şəkildə bu fikirləri dəstəkləyən passiv revanşistlər olsun, bu cərəyan təhlükəli tendensiyalar yaradır. Məhz bu səbəbdən Ermənistan, Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı legitim təklifini qəbul etmir və bölgədə sabitliyə mane olan mövqeyini qoruyub saxlayır.
Bundan əlavə, Fransa hökuməti və Avropa İttifaqında bəzi dairələr, eləcə də ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinkenin dövründə Dövlət Departamenti tərəfindən aparılan qərəzli informasiya siyasəti, Ermənistanın dezinformasiyaya əsaslanan mövqeyini gücləndirir və onun dünyada “qurban” obrazını qorumasına şərait yaradır.
Ermənistan həmçinin qlobal siyasi dəyişikliklərə ümid edir, lakin ABŞ-da Donald Trampın qələbəsi onun bu planlarını puça çıxarıb və bu, Yerevanda müəyyən siyasi məyusluq doğurub.
Bütün bunlarla yanaşı, Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Bu iddialardan açıq şəkildə imtina edilmədən və səmimi şəkildə Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmadan, Ermənistan hər zaman yeni hərbi qarşıdurma təhlükəsi törədəcək bir ölkə olaraq qalacaq.
Azərbaycan isə bu təhlükələrin tam fərqindədir. 30 illik işğalın acı nəticələrini unutmayan Azərbaycan dövləti, Ermənistanın hələ də “böyük Ermənistan” ideyasını yaşatdığını və Qarabağı yenidən ələ keçirmək xülyasından əl çəkmədiyini görür və bu reallığı nəzərə alaraq müvafiq tədbirlər görməkdə davam edir.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "Sherg.az"adeyib ki, Azərbaycan-Ermənistan sərhədlərində son günlər yenidən atəş səslərinin eşidilməsi və Azərbaycan Ordusunun mövqelərinin hədəfə alınması bir daha göstərir ki, Ermənistan regionda dayanıqlı sülhdə maraqlı deyil və yeni münaqişənin başlanması üçün sadəcə məqam gözləyir:

"Görünən odur ki, Paşinyan iqtidarı 30 illik işğala görə məsuliyyət daşıyan Köçəryan-Sarkisyan cütlüyündən mahiyyətcə fərqlənmir. Möhtərəm Prezidentin ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda da ifadə etdiyi kimi, sadəcə guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, əslində isə eyni revanş və intiqam hissi ilə yaşayan passiv revanşistlərdir. Təbii ki, bu situasiya narahatlıq doğurur. Xüsusən Ermənistanın 5 il əvvəl məruz qaldığı ağır məğlubiyyətin nəticələrindən dərs çıxarmaması, Fransanın, o cümlədən bu il yanvarın 20-nə qədər hakimiyyətdə olmuş demokratlar iqtidarının ötən dövr ərzində verdiyi ümidlərə, habelə hələ də sürətlə silahlandırılmasına arxayın olaraq bu kimi məsuliyyətsiz gedişlər etməkdədir. Lakin regionda bir reallıq var: Azərbaycan bölgədə əməliyyat şəraitinə nəzarət edir. Eyni zamanda ölkəmiz özünə yönəli istənilən təhdidi aradan qaldırmaq qabiliyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Fransadakı iğtişaşların əsas səbəbini açıqlayıb
01:20 20.10.2026
Aktual
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region