Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış üçün beynəlxalq zəmanət lazımdır
Yusif Nəzərli
12:23 30.01.2023
Aktual
346
Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. Buna beynəlxalq zəmanətlə yanaşı, Ermənistan dövlətinin də təminatı lazımdır. Sonuncu deportasiya zamanı o ərazilərdən qovulmuş soydaşlarımızın əksəriyyətinin bölgələrdəki evi, əmlakı, mülki əvəzi ödənilmədən əllərindən alınıb.
Ona görə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında həmin soydaşlarımızın mülkiyyət hüququnun bərpa olunması məsələsi qoyulub. Eyni zamanda, onların torpaq sahələrinin icmalara qaytarılması məsələsi konsepsiyada öz əksini tapıb ki, Qərbi Azərbaycan İcması olaraq biz təkcə bu köçürülmə prosesində fəal iştirak etməklə işimizi bitmiş hesab etməyəcəyik. Soydaşlarımız həmin ərazilərə qayıtdıqdan sonra da Qərbi Azərbaycan İcması olaraq fəaliyyətimizi davam etdirəcəyik - təbii ki, beynəlxalq təşkilatlarla, o ərazidə yerləşən, yəni, Qərbi Azərbaycan İcmasının etibar etdiyi dövlətin sülhyaratma missiyası ilə bir yerdə. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə bir yerdə vətəndaşlarımızın həmin ərazidə təhlükəsiz yaşaması məsələsi həll olunmalıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
O, həmçinin qeyd edib ki, son 200 ildə soydaşlarımız etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalaraq həmin coğrafiyalardan zorla köçürüldükdən, çıxarıldıqdan sonra bu ərazilərdəki Azərbaycan izləri ermənilər tərəfindən silinib, məhv edilib. Toponimlərimiz dəyişdirilib, abidələrimiz saxtalaşdırılıb, məhv edilib. Bu ərazilərdəki tarixi-mədəni abidələrimizin vəziyyəti dəyərləndirilməlidir. Onların bərpası məsələsi gündəmə gəlməlidir. Hansı ərazilərə ki, soydaşlarımız köçürüləcək, o ərazilərin toponimlərinin geri qaytarılması, Azərbaycan adlarının bərpa olunması məsələsi də Qayıdış Konsepsiyasında öz əksini tapıb.
Oxşar xəbərlər
Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı
14:22 03.07.2026
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Xəbər lenti
Hamısına bax
Medvedev yeni təhlükəsizlik zolağının keçəcəyi əraziləri açıqlayıb
20:40 04.07.2026
Dünya
Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir
20:19 04.07.2026
Gündəm
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya