Finlandiyanın aviadaşıyıcı şirkətinin əməkdaşları tətilə başladı
19:12 25.11.2019
Aktual
455
Finlandiyanın aparıcı aviadaşıyıcısının – “Finnair” şirkətinin əməkdaşları tətilə başlayıblar.
AZƏRTAC xəbər verir ki, aviaşirkətin əməkdaşları ümummilli tətilə Finlandiyanın poçt işçiləri ilə həmrəylik əlaməti olaraq qoşulublar. “Finnair” şirkəti tətil nəticəsində təqribən 300 reysi ləğv etmək məcburiyyətində qalıb.
Finlandiya poçtunda tətil “Posti” Dövlət Poçt Xidmətinin əməkdaşlarının maraqlarını təmsil edən həmkarlar ittifaqları əməkhaqqının nəzərdə tutulan azaldılması məsələsində razılaşma əldə edə bilmədikdən sonra başlayıb. Uzun sürən danışıqlar nəticəsiz qaldığı üçün təqribən 9 min poçt əməkdaşı ikihəftəlik tətil elan edib, Finlandiya aeroportlarının əməkdaşlarının həmkarlar ittifaqı isə həmrəylik əlaməti olaraq onlara qoşulub.
Proqnozlara görə, aviadaşıyıcı tətil nəticəsində xeyli ziyana düşəcək, çünki Helsinki aeroportu uçuşlar üçün əsas qovşaqdır. Şirkət sosial şəbəkələrdəki səhifəsində elan edib ki, sabah təqribən 300 reys təxirə salınacaq. Nəticədə təqribən 20 min sərnişin zərər çəkəcək.
Qeyd edək ki, Finlandiyada digər sahələrdə də həmrəylik tətilləri gözlənilir. Nəqliyyat işçilərinin həmkarlar ittifaqları Helsinkidə avtobusların hərəkətinin dayandırılacağını bildirib. Eyni zamanda Finlandiya Dənizçilər İttifaqı noyabrın 25-dən başlayacaq sonrakı bildirişə qədər yerli limanlarda Finlandiya bayrağı altında üzən bütün sərnişin və yük gəmilərinin hərəkətinin tezliklə dayandırılacağını elan edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya