Fransa və Ermənistanın mina siyasəti - Bu cinayət oxşarlığı...
Yusif Nəzərli
14:58 20.10.2023
Aktual
683
"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son 3 ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir".
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb.
"Parisin İnsan Muzeyində müstəmləkə müharibələrində XIX əsrdə qətlə yetirilən döyüşçülərin 18 min ədəd kəllə sümüyü saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümükləri arasında əlcəzairli döyüşçülərin də kəllə sümükləri var. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbi Fransa tərəfindən hələ də tam yerinə yetirilmir. XXI əsrdə dünyanın çox az dövlətində bu cür təfəkkürə rast gəlmək mümkündür", - dövlət başçısı qeyd edib.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Prezidentin bu açıqlamasını çox yüksək dəyərləndirir:
"Əlcəzairdə 5 milyona yaxın minanın basdırıldığını hər kəs çox gözəl bilir. Bu ölkə Fransanın indiyə qədər işğalından və müstəmləkəsi olmaqdan əziyyət çəkir. Onların müstəqillik savaşında milyonlarla insan qətlə yetirilib. Minalar indiyə kimi mülki əhaliyə böyük zərbə endirib. Ermənistan tərəfi də bölgəni tərk edən zaman əraziyə bir milyon yarım mina basdırıb. Minanın təmizlənmə prosesi illərlə davam edəcək. Fransa və Ermənistanın bu oxşarlığı insan qətlinə yönəlmiş işğal siyasətinin göstəricisidir.
Eyni hərəkətlər hələ də təkrar olunur. İstisna deyil ki, Fransanın Ermənistana olan məhəbbəti işğalçılıq və mülki əhaliyə qarşı münasibət ilə də sıx bağlıdır. Ermənistan dövləti də indiyə qədər mina xəritələrini Azərbaycana verməyib. Bundan sonra da inanmıram bu sahadə müsbət addım atsın. Həmçinin, yeni basdırılan minalar işğalçı rejimin oradakı hakimiyyəti ilə bağlıdır. Hətta üçtərəfli sazişdən sonra belə Azərbaycana minalar gətirilərək basdırılıb. Ermənistan yollara minalar basdırmaqla yenidən müharibəyə və mülki şəxsləri qətlə yetirməyə hazırlaşırdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz