İcbari tibbi sığorta tətbiq olunan müəssisələrdə həkimlərin maaşı kəsilir?
09:19 18.02.2020
Aktual
410
İcbari tibbi sığorta tətbiq olunan rayonlarda fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkimlərin maaşlarından 40 manat tutulub. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaşlar tərəfindən paylaşılan məlumatda qeyd olunub. Vətəndaşlardan biri yazıb ki, icbari tibbi sığorta tətbiq olunan rayonlarda həkimlərin maaşlarının artacağı deyilsə də, artım olmayıb:
“Yanvarın 1-dən etibarən icbari tibbi sığorta tətbiq olunan rayonlarda həkimlərin maaşlarında artım olacağı qeyd olunurdu. Amma tam əksinə, artım əvəzinə bu ay işçilərin maaşından 40 manat tutulub. Bununla bağlı heç bir açıqlama verilməyib. Bu gün dəfələrlə İTS-nin qaynar xətti ilə əlaqə saxlamışıq. Lakin telefonlarımıza cavab verən olmadı. Görəsən, İTS-nin baş verənlərdən xəbəri varmı? Maaşlardan tutulan məbləğlə bağlı tibb işçilərinə nə üçün açıqlama verilmir? Üstəlik, təhdid edirlər ki, kimin şikayəti varsa, özü gəlsin”.
Məlumatla bağlı İcbari Tibbi Sığorta Agentliyinə müraciət etdik. Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdilər ki, həkimlərin aylıq maaşlarında (Vahid Tarif Cədvəli) azalma yoxdur:
“Artıq xəstə qəbulu ilə bağlı normativlər tətbiq olunmadığından icbari tibbi sığorta əlavələrinin tətbiqi də ləğv edilib. Bu səbəbdən də həkimlərin gəlirlərində azalma müşahidə olunur. Həmin əlavələr isə faiz nisbəti ilə xidmətə görə, həvəsləndirici əlavələrdə öz əksini tapacaq.
Hazırda xidmətə görə həvəsləndirici əlavələr verilmədiyindən ancaq həkimlərin aylıq maaşlarını (Vahid Tarif Cədvəli) və bəzi həkimlərin icbari tibbi sığorta əlavəsi alması yanlış anlaşılmaya səbəb olur. Həmçinin, bildiririk ki, pilot layihə dövründə icbari tibbi sığorta əlavələri dövlət dotasiyası hesabına verilirdi. Hazırda isə əməkhaqları icbari tibbi sığorta haqları hesabına maliyyələşir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region