İcma: “ABŞ Dövlət Departamentinin hesabatı anti-Azərbaycan xarakteri daşıyır”
Yusif Nəzərli
06:23 17.05.2023
Aktual
363
“Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. Hesabatda Azərbaycan və Ermənistana dair hissələr yer alır. Hər iki hissə mahiyyəti üzrə qeyri-obyektiv olmaqla açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır”.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamenti, nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir:
“Dövlət Departamentinin sözügedən hesabatında Azərbaycan ilə bağlı iddiaların yeganə mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Aragats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir.
Biz ABŞ Dövlət Departamentini hesabatın həmin hissələrini redaktə etməyi, əsassız iddiaları çıxarmağı və Ermənistanda tüğyan edən azərbaycanafob meyilləri və Azərbaycanın dini və mədəni irsinin, o cümlədən, məscidlərin və qəbiristanlıqların dağıdılması kimi dini azadlıqların sistematik şəkildə pozulması faktlarını əks etdirməyə çağırırıq.
Həmçinin, ABŞ hökumətini Ermənistanı sözügedən irsi dağıtmasını dayandırmağa və artıq dağıtmış olduqlarını bərpa etməyə məcbur etmək üçün səylər göstərməyə çağırırıq.
Nəhayət, ümid edirik ki, bizim ABŞ-nin dövlət katibi Antoni Blinkenə müraciətimizə uyğun olaraq, ABŞ hökuməti Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarının təmin edilməsi və qayıtdıqdan sonra onların orada hüquq və azadlıqlarının, o cümlədən, dini azadlıqlarının qorunması üçün müvafiq səylər göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi