İlham Əliyev Pirşağıda avtomobil tunelinin açılışında iştirak edib - FOTOLAR
11:52 29.12.2019
Aktual
432
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yol-nəqliyyat infrastrukturunda həyata keçirilən genişmiqyaslı işlər bu sahənin müasir səviyyəyə çatmasında böyük rol oynayıb. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Pirşağı qəsəbəsində avtomobil tunelinin inşası da bunu bir daha sübut edir. Bu, eyni zamanda, ölkəmizin hər yerində, o cümlədən paytaxtın yol və nəqliyyat sektorunun təkmilləşdirilməsi, yeni yolların salınması, mövcud yol təsərrüfatının ən müasir səviyyədə yenidən qurulması istiqamətində icra olunan vacib layihələrin ardıcıl xarakter aldığını göstərir. Bu layihələrin icrasından paytaxtla yanaşı, Bakıətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlar da bəhrələnirlər. Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığının aydın təzahürüdür.
Yeni tunelin inşası qatarların və avtomobillərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, tıxacların qarşısının alınması, sürücülərin və sərnişinlərin mənzil başına vaxtında və rahat çatması baxımından da mühüm rola malikdir. Abşeron dairəvi dəmir yolu xətti üzrə dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün ümumilikdə 15 avtomobil tuneli layihələndirilib. Bunlardan 7-si artıq istismara verilib, 7-də isə tikinti-quraşdırma işləri davam etdirilir. Pirşağı qəsəbəsində yerləşən bu tunel Bakı dairəvi avtomobil yolu ilə Abşeron dairəvi dəmir yolunun 28-ci kilometrliyində kəsişir. Tunelin qapalı hissəsinin uzunluğu 160, eni 31, hündürlüyü 6, ümumi uzunluğu isə 566 metrdir.
Dəmir yolu xəttinin avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində bu cür tunellərin inşası çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu layihə qatarların sürətli, fasiləsiz və qrafikə uyğun hərəkətinin təmin edilməsində vacib rol oynayır. Bu, eyni zamanda, avtomobillərin də hərəkətinin intensivliyini təmin edir. Beləliklə, qatarlarla avtomobillərin hərəkəti bir-birinə mane olmadan təhlükəsiz həyata keçirilir.
Sonra dövlətimizin başçısı tunelin rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
10:46
Dekabrın 29-da Bakının Pirşağı qəsəbəsində avtomobil tunelinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm